Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sevinc Abbasovaya cəza istənildi - Foto+Video
Tarix: 16-10-2019 | Saat: 12:29
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Sevinc Abbasovaya cəza istənildi


Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovaya cəza istənilib.
“Qafqazinfo” xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək S. Abbasovaya cəza istəyib. O, keçmiş direktorun 3 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını tələb edib.
Amma Abbasova ev dustaqlığında olduğu üçün prokuror 6 ay müddəti çıxılmaqla, yekun olaraq onun 2 il 6 ay müddətinə azadlığının məhdudlaşdırılmasını istəyib.

E. Hacıyevanın ailəsinin vəkilləri bildiriblər ki, istənilən cəza həddindən artıq, gözləniləndən də azdır: “Bu, biabırçılıqdır”.
S. Abbasova isə məhkəmədən sonra jurnalistlərə açıqlamasında deyib ki, istənilən cəza ilə razı deyil və bəraət istəyir.
Məhkəmə oktyabrın 18-də davam etdiriləcək.



1668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___