Tanınmış azərbaycanlı biznesmen qəzada öldü - Fotolar
Tarix: 16-10-2019 | Saat: 12:16
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə | çapa göndər
Rusiyada tanınmış azərbaycanlı iş adamı Əlişah Süleymanov faciəvi şəkildə həlak olub.
“Ruslada” şirniyyat məhsulları fabrikinin sahibi olan biznesmen 15 oktyabr səhər saatlarında Çelyabinsk vilayətində Yujnouralsk – Maqnitorsk avtomobil yolunda qəzaya düşüb.
“Toyota Land Cruiser” markalı avtomobillə hərəkət edən sürücü idarəetməni itirdiyindən xəndəyə düşüb. Sürücü sağ qalıb. Sərnişin Süleymanov aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə keçinib.
REKLAM
www.grandhayat.az
Daha ətraflı
Çelyabinsk Mədəniyyət Mərkəzinin rəhbəri Rafael Quliyev bildirib ki, doğmaları iş adamını Azərbaycanda dəfn etməyi planlaşdırırlar. Oktyabrın 17-də Çelyabinskdə onunla vida mərasimi olacaq.
Qeyd olunur ki, Ə. Süleymanov 1960-cı ildə Azərbaycanda dünyaya gəlib. Bakıdakı Azərbaycan İnşaat Mühəndisliyi İnstitutunu bitirib, 1995-ci ildə Çelyabinskə gedib. Bazarda kiçik bir mağaza açaraq fərdi sahibkar kimi fəaliyyətə başlayıb. Ailəlidir, üç övladı var.
Süleymanov müxtəlif biznes sahələrində - qənnadı müəssisəsindən tutmuş inşaat sahəsinə qədər fəaliyyət göstərən bir neçə şirkətin sahibidir. O, Çelyabinskin 100 ən zəngin insanlarından biri olub.
“Ruslada” ticarət evi - qənnadı məhsullarının böyük bir tədarükçüsü, 250-dən çox qənnadı fabrikinin distribyutorudur. Süleymanovun bu sahədə öz istehsalı var. Məhsullar “Kolos”, “Rusladko”, “Malinkin” və “Limerick” markaları altında satılır.
Həmçinin, Süleymanovlar ailəsi Cənubi Uralda istirahət biznesi qurublar. Bir neçə il əvvəl onlar “Günəşli çimərlik” adlı hava mərkəzinin layihəsini həyata keçiriblər. Smolino gölündəki kilsə yaxınlığındakı sahil zonasını müasir çimərliyə, yay kafesini isə “Grand Roya” restoranına çeviriblər. Bənzər bir layihə, Rusiya Dəmir Yollarının keçmiş Kumkul gölündəki istirahət mərkəzinin yerində həyata keçirilib.
Xəbəri paylaş
1 0838 dəfə oxunub.
Digər xəbərlər

18-07-2016, 13:41
Azərbaycanda uşaqlara Messi, Ronaldo, Zidan kimi adlar qoyulub
8-05-2015, 16:44
İranda 89 yaşlı ata oğlunun qatilini edam kürsüsündən xilas edib
20-10-2019, 16:11
Konsertdən sonra ombalarımı əməliyyat etdirəcəm
7-06-2019, 13:28
Daha bir DOĞUŞ FACİƏSİ - Ana öldü
16-03-2017, 21:49
Aralıq dənizində türk gəmisi batdı - 7 nəfərdən xəbər yoxdur
14-07-2017, 14:06
Bakıda vəhdət namazı qılınacaq
21-06-2016, 10:32
Bakıya gəlmiş nobelçidən maraqlı açıqlamalar
14-10-2015, 13:02
Bakıda gənc qız zorlayıb şantaj etdilər
17-12-2016, 11:27
Zakir Həsənov ABŞ generalı ilə görüşdü