Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Südpulu” ilə bağlı valideynlərə ŞAD XƏBƏR
Tarix: 12-10-2019 | Saat: 19:59
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / Gündəm / M2 | çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb. 

"Xeberaz.Az" bildirir ki, bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: “Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur.

Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.

Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir”.

Nazir müavini qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb./Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən uşağın doğulmasına görə birdəfəlik müavinət təyinatı elektronlaşdırılıb. 
İstixeber.info bildirir ki, bu barədə məlumatı nazir müavini Anar Kərimov mətbuat konfransında verib. O bildirib ki, ilin sonuna kimi daha 10 müavinətin elektronlaşdırılması nəzərdə tutulub: “Xidmət yeni doğulan uşaqlara şamil olunur. Uşağın doğulmasına görə birdəfəlik müavinət valideynlər (və ya onlardan biri) işlədikləri halda onların iş yeri vasitəsilə ödənilir. Hər iki valideyn işləmirsə, bu ödənişin alınması üçün müvafiq sənədlərlə nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rayon (şəhər) şöbəsinə müraciət olunur.
Müavinəti hansı bankdan alacağı barədə valideynə SMS-məlumat göndəriləcək. Bundan sonra valideyn şəxsiyyət vəsiqəsini təqdim etməklə müvafiq bankdan müavinəti alacaq.
Bu müavinəti əldə etmək üçün valideynlər 5-6 sənəd toplamalı və bəzən 4-5 ay müddətində gözləməli olurdu. İndi biz vətəndaşı həmin qurumlarla ünsiyyətdən qoruyuruq. Proses həm şəffaflaşır, həm də sürətlənir”.
Nazir müavini qeyd edib ki, cari ildə ölkədə yeni doğulan uşaqlara görə birdəfəlik müavinət 109 manatdan 200 manata çatdırılıb. Yeni doğulmuş uşaqlarla bağlı müavinət təyin olunanların sayı ötən il 130 min nəfər olub. Ümumilikdə isə il ərzində 600 minə yaxın uşaqlar müxtəlif müavinətlərdən yararlanıb./



Xəbəri paylaş

1 9818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___