Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aybəniz Haşımova bu dəfə Mais Ağayevi tənqid etdi
Tarix: 11-10-2019 | Saat: 12:23
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Şou-Biznes / M2 | çapa göndər

Aybəniz Haşımova bu dəfə Mais Ağayevi tənqid etdi
Əməkdar artist Aybəniz Haşımova da Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini tənqid edib.  "Xeberaz.Az” xəbər verir ki, məşhur müğənni bir neçə gün bundan əvvəl sosial şəbəkədə tənqidi status paylaşdığını, daha sonra agentliyin əməkdaşının onun əlaqə saxladığını bildirib. 
Statusunu silən Haşımova fesybukda yenidən post yazaraq mətbuat xidməti Mais Ağayevin “3 D” proqramındakı açıqlamasının yalan olduğunu vurğulayıb:
“O gün BNA (Bakı Nəqliyyat Agentliyi) haqqında yazdığım statusun paylaşımından dərhal sonra Mayis bəy (agentliyin mətbuat xidmətinin rəhbəri Mayıs Ağayev) zəng edib məsələ ilə maraqlandı. Orada yazılan rəylər Mayis bəyi narahat etdiyi və məsələ ilə maraqlanacaqlarına inandığım üçün statusumu pozdum.
Sırf siz sevimli İTV-nin keçmiş əməkdaşı olduğunuz üçün yazdığımı pozdum. İndi mənə göndərirlər videonu və baxıb görürəm ki, İctimai Televiziyada deyirsiniz ki, Aybəniz xanım yazmış olduğu statusunu yanıldıqdan sonra pozub.
“Bravo” marketin qarşısında yazılan qeyri-qanuni cərimədən söhbət gedirdi və sizdə dediniz ki, araşdırıb məsələyə aydınlıq gətirəcəksiniz. Məsələ 20 manat edilən cərimə dərdi deyil. Əgər marketlərin qarşısında maşın saxlamağa qadağanız varsa, onda zəhmət olmasa bunu insanlara bildirin. Onlar da bilsinlər ki, marketdən alış-veriş etmək üçün yalnız taksidən istifadə etməlidirlər.
O ki qaldı nümunə olmağa - siz deyəsən məni indiyənədək heç tanımamısınız... Ödəniş aparatı qoyulub marketlərin qarşısına. İnsanlar orada pulu ödəyib, marketə daxil olurlar. Evə çatmamış isə artıq BNA-nın cəriməsi gəlir. Bunu necə başa düşək? Zəhmət olmasa bu yerlərə bir işarə qoyun, insanlar da bilsin”.
Qeyd edək ki, M. Ağayevin sözügedən açıqlamasını 14-ci dəqiqədən sonra baxa bilərsiz. 



Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
11-07-2017, 13:27 Sabahın havası
25-02-2016, 14:16 Cəbhədən son xəbər

bütün xəbərlər
____ Instagram ___