Ermənistanın işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür - BƏYANAT
Tarix: 10-10-2019 | Saat: 16:56
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev 11 oktyabrda Azərbaycanın işğal altında olan ərazilərində “Ədalət və Sülh Naminə Əməkdaşlıq - Artsaxın dostları” adlı forumun keçirilməsi ilə bağlı bəyanat yayıb.
İcmadan APA-ya verilən məlumata görə, bəyanatda bildirilir ki, forumun əsas məruzəçiləri Azərbaycanın işğal altında olan ərazilərində yaradılan xunta rejiminin nümayəndələri olacaq və orada əsasən iki qondarma mövzu “artsax xalqının öz müqəddaratını təyin etmək hüququ” və “münaqişənin sülh yolu ilə tənzimlənməsi və artsaxın beynəlxalq əlaqələrinin artırılması imkanları” müzakirə olunacaq.
“Ədalət hissindən uzaq, özünün destruktiv mövqeyi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin tənzimlənməsinə əngəl olan rəsmi İrəvanın “ədalət və sülh naminə əməkdaşlıq”dan danışmağa nə dərəcədə haqqı çatır? Ermənistan “sülh naminə əməkdaşlıq” məsələlərinə hansı töhfələr verib? Yaxşı olardı ki, Ermənistan ədalətdən yox, özünün ədalətsizliyindən, “sülh naminə əməkdaşlıq”dan deyil, bu əməkdaşlığa vurduğu zərbələri müzakirələrə çıxarardı. Onda dünya Ermənistanın səmimiliyinə daha çox inanacaqdı. Mən Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri olaraq bəyan edirəm ki, işğal altında olan ərazilərimizdə belə bir qondarma forumun keçirilməsi Ermənistanın və xunta rejiminin özünün işğalçılıq əməllərini legitimləşdirmək məqsədi güdür. Həmçinin “artsax əhalisinin öz müqəddaratını təyinetmə hüququ” gülünc doğurur. Bu forum Dağlıq Qarabağın əzəli sakinləri olan azərbaycanlıları qətlə yetirərək, etnik təmizləmə aparan Ermənistanın “öz müqəddəratını təyin etmək prinsipi” adı altında növbəti oyunudur. Forum, ədalət və sülh naminə əməkdaşlığa deyil, işğala və etnik təmizləməyə bəraət qazandırılmasına xidmət edir”, - deyə bəyanatda qeyd olunub.
Xəbəri paylaş
1 4788 dəfə oxunub.
Digər xəbərlər

2-08-2015, 20:55
“Rəfiqəmin ərinə aşiqəm....”
1-05-2019, 23:07
Milli Şuranın mitinqinə razılıq verilməyib
1-09-2021, 17:09
Yasamal icra hakimiyyəti Mikayıl Müşfiqin abidəsini “EveRest” restoranına “satdı”?!
23-10-2020, 16:40
İsrail Azərbaycana humanitar yardım etdi - FOTOLAR
2-05-2016, 12:05
Kamal Abdulla Prezidentin məktubunu təqdim etdi
10-11-2020, 11:14
Etirazçılar Paşinyanın fraksiyasındakı deputatlara 2 saat vaxt verdi
21-03-2015, 20:23
Prezident özünə dünyanın ən bahalı təyyarəsini hazırladır - FOTO
22-12-2015, 13:15
Uran dollara aid yeni mahnı yazdı (VİDEO)
3-11-2020, 12:05
Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi - Yeni təyinat