Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Yutubun CEO-su Fuada məktub göndərdi - 1 milyon abunəçi!
Tarix: 08-10-2019 | Saat: 15:41
Bölmə:Bütün xəbərlər / Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Yutubun CEO-su Fuada məktub göndərdi

Yutubun CEO-su Susan Voyçiski azərbaycanlı gəncə təbrik məktubu göndərib. 
“Qafqazinfo” xəbər verir ki, söhbət maarifləndirici ZehinX, ОпытХ, ZihinX, SabioX kimi məşhur yutub kanallarının yaradıcısı Fuad Əliyevdən gedir. 
Belə ki, gənc marketoloqun yaratdığı ОпытХ kanalı 1 milyon abonəçi toplayıb.  CEO ona ünvanladığı məktubda uğurlar arzulayıb:
Sizin gördüyünüz işlə qürur duyuruq. Ümid edirik ki, hörmətimizin əlaməti olan Gold Creator Award-ı (Qızıl yaradıcı mükafatı) qəbul edərsiz. Növbəti mərhələ kimi 10 milyon izləyici toplamağınızı səbirsizliklə gözləyirik. 
Siz bizi heyrətləndirdiz! Belə davam edin, böyük arzularla yaşayın və yaradın. Bizim etdiyimiz hər şey üçün ilham mənbəyisiz”.
Fuad Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hazırda İrlandiyanın paytaxtı Dublində yaşayır və Digital Marketing ve Data Analysis sahəsində fəaliyyət göstərən şirkəti var:
“Eyni zamanda da hobbi kimi bu kanalları başlamışam. Ən birinci azərbaycanca olan ZehinX kanalını, sonra isə tərcümələri kimi olan ОпытХ (rusca), ZihinX (türkcə), SabioX (ispanca) kanallarını açmışam. Kanallarımın ardıcıl olaraq azərbaycanca 96 min, rusca 1 milyon 30 min, türkcə 310 min, ispanca isə 135 min abonəçisi var”.
Qeyd edək ki, Fuad Əliyev Dövlət İdarəçilik Akademiyasında Hüquq üzrə təhsilini tamamladıqdan sonra EF San Francisco-da ön-MBA təhsili alıb, daha sonra UCD Michael Smurfit Graduate Business School-da Marketinq üzrə magistr təhsilinə yiyələnib. 
Günel Hacı


Xəbəri paylaş

5358 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___