Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Murad Dadaşov və digər məşhurlarla işləyən hüquqşunas qəzada öldü
Tarix: 21-09-2019 | Saat: 12:31
Bölmə:Bütün xəbərlər / M / Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər

Murad Dadaşov və digər məşhurlarla işləyən hüquqşunasqəzada öldü
Sentyabrın 19-da Sumqayıt şəhərində qəzaya düşən və maşının içində yanaraq ölən sürücü Fuad Musazadənin tanınmış hüquqşünas olduğu məlum olub.
"Xeberaz.Az" “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, F.Musazadə öncə İctimai Televizayda, ötən il isə Xalq artisti Murad Dadaşovun sahibi olduğu “M Group Production” şirkətində hüquqşünas vəzifəsində çalışıb. Daha sonra Qida Təhlükəsizliyi Agentliyindən vəzifə tutan F.Musazadə son dönəmdə isə AZTV-də işləyib.
Fuad Musazadə

Qeyd edək ki, “Mercedes” markalı maşınla “Atəşgah” sığorta şirkətinə məxsus "Hyundai-İX35" markalı maşın toqquşub və “Mercedes” aşaraq yanıb. “Mercedes”in sürücüsü Fuad Musazadə olub.  F.Musazadənin maşını bir ay əvvəl aldığı bildirilir.
Onunla birlikdə maşında olan sərnişin Kamran Atayev də yanaraq vəfat edib.



Xəbəri paylaş

6408 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___