Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında Fərman
Tarix: 18-09-2019 | Saat: 12:36
Bölmə:Bütün xəbərlər / M / Karusel / İqtisadiyyat | çapa göndər

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunda “Aqrar sahədə yeni subsidiya mexanizmi haqqında” təlim keçirilib. Təlimə öz çıxışı ilə başlayan Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı, Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Arzu Hacıyev Azərbaycan Respublikası Prezidentinin 27 iyun 2019-cu il tarixli “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Fərmanı ilə “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nın təsdiq edilməsini təlim iştirakçılarının nəzərinə çatdırıb. O, qeyd edib ki, bu qaydaya əsasən, 2020-ci il yanvarın 1-dən etibarən, fermerlərə subsidiyaların ödənilməsi üçün sənədlər elektron sistem üzərindən yığılacaq, subsidiyaların maneəsiz, kənar müdaxilələr olmadan və sürətli verilməsi təmin ediləcək, təchizatçı və tədarükçülərin fermerlərlə tərəfdaşlığı şəffaflaşmış şəkildə aparılacaq. Arzu Hacıyev həmçinin yeni subsidiya qaydaları ilə bağlı geniş məlumat verib, çoxsaylı sualları cavablandırıb.
Kənd Təsərrüfatı Nazirliyinin  digər nümayəndəsi Natiq İsmiyev heyvandarlıq üzrə subsidiya və  əkin subsidiyasının verilməsi qaydaları haqqında, o cümlədən  subsidiyaların verilməsi ilə bağlı monitorinq və qiymətləndirmələr, subsidiyaların təyinatına uyğun istifadəsi və sui-istifadə halları baş verərsə tətbiq ediləcək cərimə mexanizminin qaydaları haqqında da  əməkdaşları məlumatlandırıb.
Təlimdə  mövzu ilə bağlı suallar cavablandırılıb və layihənin icrası yollarından  bəhs edən bukletlər  iştirakçılara paylanılıb.



Xəbəri paylaş

4168 dəfə oxunub.

Digər xəbərlər
14-12-2016, 14:04 Dollar 97 faiz qalxacaq

bütün xəbərlər
____ Instagram ___