Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq
Tarix: 14-09-2019 | Saat: 16:20
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya | çapa göndər

Türkiyədə Mübariz İbrahimovun adını daşıyan zirvəyə yürüş olacaq

Türkiyənin İqdır vilayətində Azərbaycanın Milli Qəhrəman Mübariz İbrahimovun simvolik adı verilən zirvədə Azərbaycan və Türkiyə bayraqları dalğalanacaq. 
Azərbaycanın Qarsdakı Baş Konsulluğundan Unikal.org-a verilən məlumata görə, vilayətin Tuzluca rayonunda yerləşən Təkaltı dağının zirvəsinə hər iki dövlətin uzunluğu 10 metr olan bayraqları və Mübariz İbrahimovun portreti (90X70 sm) yerləşdiriləcək.
Qeyd olunub ki, sentyabrın 16-da vilayət mərkəzindən Təkaltı dağına izdihamlı yürüş təşkil olunacaq. Sentyabrın 17-də isə baş konsul Nuru Quliyev, Azərbaycanın tanınmış ziyalıları, Türkiyənin yüksək rütbəli hərbçilərinin iştirakı ilə vətənpərvərlik mövzusunda konfrans keçiriləcək.
Qeyd edək ki, dağ idmançılarının marağını çəkən, turistləri cəlb edən Təkaltı dağının cənub zirvəsinə keçən il Ağrıdağı Dağçılıq və Təbiət İdman Növləri Klubu (AKUD) tərəfindən simvolik olaraq Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib. 



Xəbəri paylaş

5478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___