Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi
Tarix: 14-09-2019 | Saat: 10:33
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Həftə-Reytinq | çapa göndər


Vasif Talıbov özünü yeni vəzifəyə təyin etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiq edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri Vasif Talıbov sərəncam imzalayıb.

V.Talıbov Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıb ki, Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi təsdiqlənsin.

Sərəncamla Şuranın sədri V.Talıbov özü olub.

Şuranın üzvləri isə aşağıdakılardır:

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri

AMEA Naxçıvan Bölməsinin sədri

Naxçıvan Muxtar Respublikasının təhsil naziri

Naxçıvan Dövlət Universitetinin rektoru.


Xəbəri paylaş

7538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___