Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qarabağda savaş ssenarisi: dinc həll imkanları tükənir - TƏHLİL
Tarix: 12-09-2019 | Saat: 11:22
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər

Qarabağda savaş ssenarisi: dinc həll imkanları tükənir
Separatçı rejim və onun əsas himayədarı olan işğalçı Ermənistan onsuz da neçə vaxtdır dalanda olan Qarabağ danışıqlarını daha mənasız edən addımları davam etdirir. Sentyabrın 8-də işğal altındakı bölgəmizdə növbəti saxta seçkilərin keçirilməsi buna bariz sübutdur.

“Yerli seçkilər” adı ilə düzənlənən bu siyasi tamaşaya artıq ATƏT-in Minsk Qrupu həmsədrlərindən adekvat reaksiya gəlib. “Seçkilər” qanunsuz elan edilib. Həmçinin qardaş Türkiyə və qonşu Gürcüstan xarici siyasət idarələri, gözlənildiyi kimi, ermənilərin seçki şousunu pisləyən bəyanat yayıb. Rəsmi Bakının reaksiyası da öz yerində.

Qondarma seçkilərin Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının nəzərdə tutulan görüşü ərəfəsində reallaşması xüsusi diqqət çəkir. Xəbər verildiyi kimi, ABŞ-a səfərə hazırlaşan Ermənistan baş naziri Nikol Paşinyan bu “seçkilər” münasibətilə separatçıları təbrik edib. İşğalçı tərəfin bu təxribatçı və absurd davranışı fonunda formal danışıqların belə aparılmasının anlamı qalmır. Ona görə ki, bütün bunlar faktiki surətdə işğal rejiminin uzanmasına xidmət edir. Heç şübhəsiz ki, Paşinyanın ABŞ səfəri, onun BMT Baş Məclisində edəcəyi çıxış və bunun ardınca Los-Ancelesdə erməni icması ilə görüşü buna bir daha əminlik yaradacaq.

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Paşinyan 2018-ci ildəki çıxışı kimi, böyük ehtimalla, bu dəfə də BMT-də Azərbaycanı guya sülh istəməməkdə ittiham edəcək. “O zaman Paşinyan demişdi ki, Azərbaycan separatçıların keçirdiyi ”referendum"un nəticələri ilə razılaşmalıdır. Yəqin ki, o, “Qarabağ - Ermənistandır” tezisini həm Nyu-Yorkdakı çıxışı zamanı, həm də Los-Ancelesdə erməni diasporu ilə görüşdə səsləndirəcək. Ona görə də mən Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün anlamını görmürəm. Nədən ki, Zoqrab Mnatsakanyan da Nikol Paşinyanın təxribatçı sözlərini təkrarlayıb. Bu, danışıqların imitasiyasıdır və bizə lazım deyil. Bizə konfliktin həlli lazımdır", - deyə politoloq qeyd edib.

*****

Qarabağ konflikti ətrafında son gəlişmələr bir daha münaqişənin həllində hərb variantını gündəmə gətirir. Bir çox təhlilçilərə görə, düşmən tərəfin radikal davranışı və mövqeyi bu xüsusda Bakının əlinə işləyir, Azərbaycanın hərbi gücə əl atması üçün əlavə əsaslar yaradır, Bakının məsələdə manevr imkanlarını artırır. Bunu iki gün öncə ATƏT Parlament Assambleyasının sədri Georgi Tseretelinin Ermənistan baş naziri Nikol Paşinyanın Xankəndində verdiyi məlum təxribatçı bəyanatına (“Dağlıq Qarabağ Ermənistanındır”) neqativ reaksiyası da təsdiqləyir.

Tsereteli haqlı olaraq, Paşinyanın sözlərini danışıqlar prosesinə zərər vuran hadisə kimi dəyərləndirib. Sitat: “Hesab edirəm ki, sülhün yaranmasına xidmət etməyən və tərəflər arasında danışıqlara dəstək verməyən bu tip bəyanatlar həmişə sülh danışıqlarına zərər vurur. Biz daha çox konstruktiv bəyanat və konkret addımlar eşitmək istəyirik. Ziddiyyətləri həll etmək və ümumi dil tapmaq lazımdır. Təəssüf ki, fikir ayrılıqlarına və nizamlanma prosesinə zərər vuran bu cür açıqlamalar problem olaraq qalır. Münaqişənin həlli güclü siyasi iradə tələb edir. Dağlıq Qarabağ münaqişəsinin həllinə yalnız beynəlxalq hüquq çərçivəsində nail olmaq olar”.

Beynəlxalq hüququn reallaşması isə ilk növbədə böyük güclərin iradəsindən asılı durumdadır. Hər halda, Qarabağ ixtilafının həllində Rusiya və ABŞ vasitəçiliyi öz üzərinə götürüb. Əfsus ki, bu vasitəçilik on illər ərzində heç bir ciddi pozitiv nəticəyə gətirməyib. Əsas səbəb də Moskva və Vaşinqtonun Cənubi Qafqazda toqquşan geosiyasi maraqlarıdır. Qarabağ məsələsi ən əvvəl bu toqquşan maraqların girovuna çevrilib.

Ya da Azərbaycan “qızıl fürsət” yaranan kimi, yəni regionda uyğun geosiyasi şərtlər yetişən kimi, hərbi güc amili hesabına işğal rejiminə qısa zamanda son qoyub məsələni bitirməlidir. Sözsüz ki, bu variant həmişə Bakının masası üzərindədir. Belə görünür ki, hadisələr məhz buna doğru inkişaf etməkdədir. Azərbaycan rəhbərliyinin Nikol Paşinyana tanıdığı unikal şansdan sonuncunun yararlanmaması, əksinə, daha radikal xətt seçməsi bu qənaəti günbəgün gücləndirməkdədir.
//musavat.com//
0


Xəbəri paylaş

5348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___