Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Qarabağ klanı” meydana yeni lider çıxarır: Paşinyana rəqib - TƏHLİL
Tarix: 11-09-2019 | Saat: 12:47
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Dünya | çapa göndər


“Qarabağ klanı” meydana yeni lider çıxarır: Paşinyana rəqib
Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sələfi Robert Köçəryanla yollarını ayırmağa başlayıb.

Serj Sarkisyan Nikol Paşinyan hökumətinə qarşı mübarizədə yeni plan hazırlayıb. O, bir çoxlarının gözlədiyi kimi, ümidlərini heç də Robert Köçəryanın həbsdən çıxmasına bağlamayıb. Serj Sarkisyan müxalifətdəki tərəfdarlarını özünün kürəkəni Mikael Minasyanın “siyasi çətir”i altına toplamaq qərarına gəlib. Artıq Nikol Paşinyan hökumətini inqilab yolu ilə devirməyi qarşısına məqsəd qoymuş yeni müxalifət partiyası yaradılıb. “Adekvat” adlı bu siyasi təşkilat Paşinyan hökumətini devirə biləcək lider kimi Serj Sarkisyanının kürəkənini gördüyünü bəyan edib.

Adekvat Partiyasının sentyabrın 7-də keçirilmiş təsis yığıncağında baş nazir Nikol Paşinyanın keçmiş mübarizə yoldaşı, Artur Danielyan yeni təşkilatın sədri seçilib.

Lakin Danielyan jurnalistlərə açıqlamasında bildirib ki, müxalifətin yeganə lideri və gələcəkdə N.Paşinyanı inqilab yolu ilə devirə biləcək siyasətçi kimi Mikael Minasyanı görür. Artur Danielyanın sözlərinə görə, M.Minasyan müxalifət liderliyinə ən yaxşı namizəddir.

Bu, Paşinyanın hakimiyyətə gəlişindən sonra onun tənqidçilərinin ilk təşkilatlanmış ciddi addımı hesab olunur. Son vaxtlara qədər Paşinyana müxalifətdfə olanlar daha çox onu sosial şəbəkələrdə tənqid etməyə, kişik aksiyalar keçirməyə və şüarlar səsləndirməyə üstünlük verirdilər.

Qeyd edək ki, Mikael Minasyan Serj Sarkisyanın prezidentliyi dövründə Ermənistanın Vatikan Krallığındakı fövqəladə və səlahiyyətli səfiri olub. O, həm də Ermənistanda mediamaqnat kimi tanınır. Mikael Minasyan özü də son vaxtlar ölkənin ictimai-siyasi həyatında nəzərə çarpacaq dərəcədə fəal görünür. O, hakimiyyətin ünvanına tənqidi çıxışlar edir, özünün media resurslarında məqalələr dərc etdirir, müsahibələr verir. Məsələn, Minasyan bir yaxınlarda ek-prezident Serj Sarkisyanın həbs olunacağını bildirib və Paşinyanın rəhbərlik etdiyi komandanın bu planı çoxdan fikrində tutduğunu yazıb. Onun açıqlaması reallığa çevrilmədi. Bundan əlavə, nə Ermənistanın siyasi rəhbərliyi, nə də respublikanın istintaq orqanları Serj Sarkisyanın həbsini elan etməyə tələsmir. Ermənistan Xüsusi İstintaq Xidməti də bildirir ki, Serj Sarkisyanın adı aparılan araşdırmalada nə şübhəli , nə də təqsirləndirilən şəxs qismində keçmir.

Buna baxmayaraq, Ermənistan mətbuatı hazırda Nikol Paşinyana qarşı vahid siyasi cəbhənin formalaşdırılması istiqamətində məsləhətləşmələr aparıldığını xəbər verir. Sözügedən siyasi cəbhə ayrılmaz bir siyasi orqanizm kimi fəaliyyət göstərməsə də, onun tərkibində olan siyasi qüvvələr və hərəkatlar birlikdə işləyəcək. Yeni siyasi qüvvənin tərkibinə həm köhnə, həm də yeni müxalifətçilər daxil ola bilər. İlkin mərhələdə bu sıraya Serj Sarkisyanın rəhbərlik etdiyi Ermənistan Respublika Partiyası, “Daşnakstyun” Erməni İnqilabı Federasiyasi və Çiçəklənən Ermənistan Partiyasının qoşulacağı deyilir. Yeni siyasi paradiqmada Ermənistanın sabiq prezidenti, hazırda 1 Mart 2008-ci il hadislərinə görə ittiham olunan və tezliklə azadlığa çıxacağı ehtimal edilən Robert Köçəryan ayrı bir aktor kimi çıxış edir. Artıq onun dəstək qrupu var. Onun silahdaşları hazırda Yerevanın və ölkənin müxtəlif bölgələrində siyasi özəklərin yaradılması ilə məşğuldurlar. Köçəryanın tərəfdarları sırasına, əsasən, gənclər daxildir. Onların Köçəryanın tərəfinə müxtəlif yollarla, o cümlədən maliyyə dəstəyi ilə cəlb olunur.

Əsas aktorlar hazırda təşkilati məsələlərlə məşğuldur. Çox güman ki, tezliklə müxalifət cəbhəsinin siyasi brendinin müəyyən edilməsi və etiraz liderlərinin adlarının elan edilməsi başlayacaq. Əgər Köçəryan azadlığa çıxarsa, müxalifəti, o cümlədən “Qarabağ klanı”nı gənc lider kimi Mikael Minasyanın ətrafında cəmləşdirməyə çalışan Serj Sarkisyanla ikinci prezidentin yolları ayrıla bilər. Çünki R.Köçəryanın əsas hədəfi “Qarabağ klanı”na liderliyi yenidən ələ alaraq hakimiyyət uğrunda mübarizəyə başlamaqdır. Minasyanın yeni müxalifət koalisiyasına liderlik uğrunda iddiasını ortaya qoyması isə onun Köçəryanla qarşıdurmaya getməsi deməkdir. Bu da öz növbəsində, Nikol Paşinyana qarşı vahid cəbhədə birləşmək istəyən “Qarabağ klanı”nın parçalanmasına şərait yarada bilər.

Bakı Dövlət Universitetinin Erməni Araşdırmaları Elmi Tədqiqat və Araşdırmaları Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdi hesab edir ki, Mikael Minasyan Ermənistan cəmiyyətində yüksək siyasi nüfuza malik olmadığına görə, onun təşəbbüsləri nəticə verə bilməz:

“Mən Minasyanın çıxışını izlədim. O, bildirdi ki, partiya yaratmaqla seçkilərdə iştirak etmək və hakimiyyətə gəlmək uğrunda mübarizə aparmaq iddiasında olmadığını deyir. Minasyan sadəcə olaraq, Paşinyan hökumətinin səhvlərini xalqa bəyan edəcəyini bildirir. O, əvvəllər küçələrə Paşinyana qarşı etiraz şüarları yazırdı. Sonra onu həbs etdilər və sonra buraxdılar. Minasyanın hakimiyyətə gəlməsi inandırıcı görünmür. Mikael Minasyanın xalq arasında yüksək hörməti yoxdur. Mən onun bir videoçıxışına baxmışam. O, Ağdamın mərkəzində öz müavini ilə birlikdə oturub söhbət göstəriş verir. O deyir ki, Ağdam getsə, Qarabağ əldən gedəcək. Çünki Ağdamla Xankəndinin arası 10 kilometrdir.

Türklər istənilən an, sadə toplarla da Xankəndini vura bilər. Hətta deyir ki, biz daha da irəli getməliyik. Doğrudur, onu həbs edən zaman bəzi tərəfdarları meydana çıxaraq polisə müqavimət göstərdi. Ancaq Minasyanın xalq arasında yüksək nüfuzu yoxdur. Amma “Qarabağ klanı”nda da hazırda Samvel Babayana qarşı mübarizə güclənib. Çünki onun hakimiyyətə gəlməsi Ermənistan üçün təhlükəli ola bilər. Çünki Ermənistan hakiimiyyəti ilə Samvel Babayan arasında əməlli-başlı uçurum yaranıb. Hazırda Robert Köçəryanın azadlığa çıxması ehtimalı çox yüksəkdir. Çünki Rusiya Prezidenti Putinin Robert Köçəryana olan rəğbəti məlumdur. Ermənistanda belə məlumatlar dolaşır ki, Putin oktyabr ayında Ermənistana səfəri zamanı həbsxanaya gedib Köçəryanla görüşəcək. Bundan sonra Paşinyan onun ayağına gələcək. “Newspress.am” saytında da Putinin Paşinyana qulaqburması verəcəyindən yazılır. Lakin ermənişünas bir mütəxəssis kimi hesab edirəm ki, Köçəryanın hakimiyyətə gəlməsi inandırıcı görünmür. Paşinyan hökuməti də Köçərayanı azadlığa buraxmamağa çalışır. Çünki Robert Köçəryan altı milyard dollardan çox pulu olan adamdır və hakimiyyətə gəlmək üçün hər cür təhlükə törədə bilər. Onlar, hətta Paşinyanın qızını da hədələmişdilər. Ermənistanda Köçəryanın əleyhinə olan qüvvələr onu alban adlandırır və barəsində “Alban ovçusuna ölüm!” şüarı səsləndirib. Köçəryan azadlığa çıxacağı təqdirdə, ola bilsin ki, Dağlıq Qarabağda hakimiyyətə gəlsin. Amma Ermənistanda bundan sonra “Qarabağ klanı”na heç vaxt yer yoxdur. Fikrimcə, 2020-ci ildə Samvel Babayanın Dağlıq Qarabağdakı rejimin başına gəlməsi şansı çox yüksəkdir. Bako Saakyan istəyir ki, Dağlıq Qarabağdakı qondarma rejimin keçmiş baş nazirini öz yerinə gətirsin. Amma bu mümkün deyil. Çünki Dağlıq Qarabağda yaşayan ermənilərin əksəriyyəti Bako Saakyandan narazıdır və onun hakimiyyətdən getməsini tələb edir”.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___