Bakıda avtoxuliqanlıq edən şəxs tutuldu
Tarix: 21-08-2019 | Saat: 18:19
Bölmə:Bütün xəbərlər / Karusel / Hadisə / M2 | çapa göndər
Bakının Nəsimi rayonunda yol hərəkət iştirakçılarına təhlükə yaradan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücü Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq məsuliyyətə cəlb edilib.
Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov "Xeberaz.Az"-a bildirib ki, 99 AM 356 dövlət qeydiyyat nişanlı, “Renault Tondar” markalı nəqliyyat vasitəsinin sürücüsü, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Kamil Umud oğlu Babayev rayon ərazisində avtoxuliqanlıq etdiyinə görə saxlanılıb. O, idarə etdiyi avtomobilə başqa dövlət nömrə nişanı – 10 PS 510 nömrə nişanı vurmaqla idarə edib, hətta, bəzən nömrədəki “P” hərfinə rəngli yapışqanla müdaxilə edərək “R” halına salıb.
Polis əməkdaşları tərəfindən avqustun 19-da idarə etdiyi avtomobillə birlikdə Kubinka adlanan ərazidə saxlanılan Kamil Babayev ərazidə yaşayan insanların, tanışlarının müdaxiləsindən istifadə edərək, həmin gün oradan qaçmağa müvəffəq olub.
Lakin o, avqustun 21-də Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq, barəsində toplanan materiallar qərar qəbul edilməsi üçün rayon məhkəməsinə göndərilib.
Məhkəmədə avtoxuliqanlıq əməlləri sübut edilən Kamil Umud oğlu Babayevin sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılaraq, 1 ay müddətinə inzibati həbs olunub, eləcə də, polisin qanuni tələbinə tabe olmadığına görə 200 manat cərimə edilib.
Xəbəri paylaş
3818 dəfə oxunub.
Digər xəbərlər

8-03-2021, 21:11
Küçədən tapılan uşağın gizlətdiyi həqiqətlər - VİDEO
15-05-2018, 17:40
Məmur özbaşınalığı - Sahibkarın fermer təsərrüfatını yerləyeksan etdi
11-08-2021, 09:46
Sürücülərin NƏZƏRİNƏ: Bəzi küçə və prospektlərdə tıxac var - SİYAHI
22-04-2022, 12:08
Saç boyaları bu xərçəng xəstəliyinə səbəb olur
24-01-2017, 20:10
DİN-də ciddi kadr dəyişikliyi - Ramil Usubov əmr imzaladı
26-04-2018, 14:31
Temperatur 27 dərəcəyədək artacaq
3-11-2022, 11:38
Kartla alış-veriş edənlərə ŞAD XƏBƏR - ƏDV-dən gələn pul artır
28-06-2015, 22:50
Birinci Avropa Oyunlarının bağlanış mərasimi başladı - CANLI
18-01-2016, 22:50
Ələtdə ağır qəza: Ölən və yaralanan var