Məmuru intim görüntüləri ilə şantaj etdilər - Azərbaycanda
Tarix: 19-08-2019 | Saat: 11:38
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət / Gündəm / Maraqlı / Xəbəraz-ın debatı | çapa göndər
Hədə-qorxu ilə tələb etməkdə və dələduzluqda təqsirli bilinən Elşən Cabbarov, Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Xeberaz..Az" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası avqustun 21-nə təyin edilib.
Xatırladaq ki, E.Cabbarov Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovu intim görüntüləri ilə şantaj edərək külli miqdarda pul tələb etməkdə ittiham olunur. O, B.Ağabəyovun “hərəkətlərini” gizli kamera ilə lentə aldığı görüntüləri yayıb onu biabır etməmək müqabilində bir ilə yaxın müddətdə ondan hər ay 7 min manat pul almaqda şübhəli bilinib.
Eyni zamanda, E.Cabbarov ifşa etməmək müqabilində B.Ağabəyovla 60 min manat, B.Ağabəyovun göstərişi ilə sürücüsü Azər Hüseynovla isə 50 min manat məbləğində borc müqaviləsini öz xeyrinə notarial qaydada təsdiq etdirib.
Bundan başqa, E.Cabbarov Salyan rayonu, Bəydili kənd sakini Vüqar Gülüşova qarşı da 220 min manata yaxın dələduzluq törətməkdə şübhəli bilinib.
İstintaq sənədlərinə görə, E.Cabbarov bu cinayətlərini Təbriz Əsədov, Məmməd Cəfərov, Elza Bunyatova və Şüşəxanım Qədirova ilə birlikdə törədib.
Həmçinin onlar Nizami Həsənova, Qənbər Həsənova, Rəcəb Ağayevə, Röyal Həsənova qarşı da dələduzluq ediblər.
E.Cabbarov Salyan rayonunda ən imkanlı ticarətçilərdən sayılıb.
İstintaq orqanı tərəfindən həmin şəxslərin barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 182.2.2-ci (təkrar hədə-qorxu yolu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə) maddələri ilə ittiham elan edilib.
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər

2-04-2016, 21:56
Azərbaycan və Türkiyə rəsmiləri vəziyyətə dair danışıqlar aparır
16-06-2017, 13:07
55 yaşlı ərli qadın Vatsapda yazışdığı kişiyə qoşulub Türkiyəyə qaçdı - Cəlilabadda ŞOK HADİSƏ
30-10-2015, 13:07
Zakir Qaralovdan yeni təyinatlar
26-04-2015, 22:46
Türkiyədə fahişəlik edən 2 azərbaycanlı qadın saxlanılıb
14-03-2018, 16:58
Gəncədə iki avtomobil toqquşub, ana və iki övladı xəsarət alıb
17-06-2023, 12:28
Reyhan çayının FAYDALARI - mədə ağrısı, astma, diabet...
3-10-2023, 10:46
Bakıda gənclərin "ölüm oyunu"na DİN-dən reaksiya - YENİLƏNİB - VİDEO
10-06-2016, 19:15
Rus deputat da İrəvanın bu əməlinə etiraza qalxdı
22-10-2015, 16:48
Əli Abbasov işçilərinə tapşırıq verdi
2-05-2019, 19:20
Azərbaycanda yanacaqdoldurma məntəqəsində yanğın - FOTOLAR