Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
2 yaşlı oğlunun yanaraq ölümünə səbəb olan ata YAXALANDI
Tarix: 18-08-2019 | Saat: 13:55
Bölmə:Bütün xəbərlər / Karusel / Gündəm / Hadisə / M2 | çapa göndər

2 yaşlı oğlunun yanaraq ölümünə səbəb olan ataYAXALANDI
Şəmkir rayonu Sarıtəpə kəndində boşandığı həyat yoldaşının yaşadığı evi yandıran rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov saxlanılıb.
"Xeberaz.Az" apa-ya istinadən xəbər verir ki, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saat 11:30 radələrində E. Sadıqov saxlanılıb.
Qeyd edək ki, ötən gecə saat 01.00 radələrində  Şəmkir rayon Sarıtəpə kəndində ev yandırılıb. Evi 3 ay əvvəl həyat yoldaşı Məsimova Mətanət İlqar qızından boşanmış Şəmkir rayonunun Dəllərcəyir kənd sakini Elmar Məsimov yandırıb.  E. Məsimov benzin çəlləyi ilə evə daxil olub, benzin tökərək evi yandırıb.
Yanğın zamanı 2017-ci il təvəllüdlü Məmmədov Nicat Elmar oğlu həyatını itirib, anası 1995-ci il təvəllüdlü Məsimova Mətanət İlqar qızı və nənəsi 1964-cü il təvəllüdlü Məmmədova Səltənət Allahverdi qızı xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. M.Məsimovanın bədəninin 70, S.Məmmədovanın bədəninin 50 faizi yanıb. Vəziyyətləri ağır olan ana və qız xüsusi nəqliyyat vasitələri ilə Şəmkir Rayon mərkəzi Xəstəxanasından Bakıya yola salınıblar.


Xəbəri paylaş

4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___