Hamı Aprel döyüşlərindəki mayorun atasından danışır - Foto
Tarix: 19-07-2019 | Saat: 13:35
Bölmə:M / Karusel / Siyasət / Qarabağdan xəbər var | çapa göndər
Üç il əvvəl baş tutan Aprel döyüşlərində qəhrəmanlıq göstərərək düşmənin 12 hərbi texnikasını və xeyli canlı qüvvəsini məhv edən, tank əleyhinə divizion komandiri, mayor Mirdamət Bağıyevin atasının dediyi sözlər bir neçə gündür ki, sosial şəbəkədə müsbət mənada müzakirə olunur.
“Xeberaz.Az”-ın məlumatına görə, belə ki, döyüşlərin qızğın vaxtında M. Bağıyevin 77 yaşlı atası ona zəng vurub vəziyyət ilə maraqlanır. Oğul isə atasının narahat olmaması üçün hər şeyin qaydasında olduğunu deyir. Amma narahatlığı keçməyən ata ikinci dəfə Mirdamət Bağıyevə zəng edib.
“Bir müddətdən sonra atam yenə təlaş içərisində zəng etdi. Yenə də dedim ki, qorxma mən arxadayam, heç nə olmayıb, sağ-salamatam. Atamın cavabı gözlərimi yaşartdı: “Ay oğul, sən necə hərbçisən axı?.. Orada döyüşlər gedir, sən arxada gizlənib tamaşa edirsən?” Özümü güclə saxladım. Deyə bilmədim ki, ata, mən yaralı-yaralı döyüş mövqeyini tərk etmədim və qanım o torpağa tökülə-tökülə aldığım tapşırığı sonadək yerinə yetirdim. Axı illərlə bu günü gözləyirdik. Bunu mənə necə yaraşdırırsan?!”, - deyə vurğulayıb.
Qeyd edək ki, 33 yaşlı mayor M. Bağıyev Aprel döyüşlərində düşmənin 7 tankını, 1 PDM-ni şəxsi heyətlə dolu 3 hərbi maşını məhv edib. Bu zaman o qolundan yaralansa da, yaralı olduğunu 5 gün əsgərlərindən gizlədə bilib.
Xəbəri paylaş
5858 dəfə oxunub.
Digər xəbərlər

18-07-2017, 13:31
Burakın atası da "Kardeşim benim 2"də - foto
5-07-2016, 14:09
Yolun kənarında çürümüş körpə meyiti tapıldı
9-11-2017, 11:06
Damlanın canlı yayımda "narkoman" açıqlaması Zauru təəccübləndirdi - `Onu eşitməmişdim` - FOTO
9-01-2016, 13:24
Türkiyədə 5 nəfər “donuz qripi”ndən ölüb
2-05-2016, 17:57
MTRŞ-dan reklamlarla bağlı - Yeni qayda
2-12-2017, 13:18
"Qadın kişiyə hizmət etmək üçün yaradılıb" - Niyam
29-06-2015, 19:36
Dünya belə toy görmədi VİDEO:
1-07-2015, 00:11
Cəlilabadda 70 hektar biçilmiş taxıl sahəsi yandı
22-06-2016, 12:30
Fransız şirkəti İŞİD-ə vergi ödəyirmiş