Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim" - məhkəmə işi
Tarix: 16-07-2019 | Saat: 21:38
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 / Aktual / Bütün xəbərlər | çapa göndər

"Bibim oğlu böyrəyini satanda mən də satıb bəzi problemləri həll etmək istədim"
Orqan alveri ilə məşğul olmaqda ittiham edilən şəxs növbəti dəfə hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində insan orqanı alveri ilə məşğul olmaqda təqsirləndirilən Vahib Xudadatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında böyrəyini satmaq istəyən Fərid Qocayev ifadə verib.

O deyib ki, maddi çətinlik üzündən bu addımı atmaq qərarına gəlib. Həm də ondan öncə bibisi oğlu Zaur Tağıyev böyrəyini satıbmış.

"Gedib onu görəndə fikirləşdim ki, mən də bu yolla bəzi problemlərimi həll edə bilərəm"- deyə F.Qocayev qeyd edib.

O ifadəsində göstərib ki, böyrəyini 10 min manata satmağa razılaşıb. Müayinə üçün öncə Vahidlə birlikdə Bakıdakı “Elmed” klinikasına gedib, orada qan analizi verib. Orada çıxıb birbaşa pasport almağa gediblər.

"160 manat verib mənə bir günə pasport aldı. İki gün sonra isə böyrəyini satmaq istəyən Ceyhun adlı başqa bir oğlanla birlikdə İrana gedtdik. Bizi Vahib taksi ilə göndərdi. Ora çatanda gördük ki, özü də bir qadın və oğlu, bir nəfər də nisbətən yaşlı kişi ilə birlikdə gəldi. Mənim böyrəyim qadının oğluna, Ceyhunun böyrəyi isə həmin yaşlı kişiyə köçürülməliydi. Bizi müayinə edən iranlı həkim Mohsen Tahiri gələcəyimizi öncədən bilirdi. Bizi növbəsiz qəbul elədi".

Suallara cavab verən Fərid deyib ki, həkimlə V.Xudadatov arasındakı söhbətlərdən onların bir-birini çoxdan tanıdığını, yaxşı münasibətləri olduğunu başa düşüb.

"Müayinələrdən sonra ona mənim qan qrupuma görə, Ceyhunun isə səhhətindəki başqa bir problemə görə donor ola bilməyəcəyim deyildi. Böyrəyimi pulsuzluqdan satmaq istəyirdim, o da belə oldu”- deyə şahid ifadəsində qeyd edib.

İttihama görə, 62 yaşlı Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkib orqan köçürməsinə ehtiyacı olan şəxslərlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib.

Bunun müqabilində hər iki tərəfdən də pul alıb. Böyrəyini satanlar saytlarda, sosial şəbəkələrdəki elanlar, ortaq tanışlar vasitəsilə tapılır, xəstəlikdən əziyyət çəkənlərin özləri, yaxınlarıyla görüşdürülür və qiymət məsələsi razılaşdırılıb. Öncə Bakıda müxtəlif tibb müəssisələrində qan analizi verilib, sonra hər iki tərəf İrana həkim Mohsen Tahirinin yanına aparılıb, orada ətraflı müayinədən keçirilib, transplantasiya qərarı veriləndən sonra böyrək köçürmə əməliyyatı Gürcüstanda “Lanset” klinikasında aparılırıb. Əməliyyatı Tbilisidə Mohsen Tahiri gedib özü həyata keçirirmiş. 2016-cı ilin martından sonra Tbilisidə “Lansetnin azərbaycanlı rəhbəri Fərman Ceyranlının həbsilə əlaqədar klinikanın fəaliyyəti dayandırıldığından ondan sonra əməliyyatlar Tacikistanda Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Orada da əməliyyatları Mohsen Tahiri həyata keçirib.

Hər əməliyyata orqan köçürülən xəstənin yaxınları böyrəyini satan donora onunla razılaşdırılmış məbləğlə yanaşı, əməliyyat həyata keçirilən klinikaya 8 min, iranlı həkimə 10 min dollar pul ödəyirmiş. Vasitəçilik edən Vahib Xudadatova isə 200 manatdan 2 min manata qədər pul verilib.

Böyrəyini satanlarla onu alanlar arasında Bakıda notarial qaydada müqavilə imzalanıb. Orada göstərilib ki, guya bu adamlar qohumdular və biri digərinə böyrəyini verir.

Xudadatov məhkəmədəki ifadəsində övladının böyrək əməliyyatından sonra bu problemdən əziyyət çəkən şəxslərə vasitəçilik etdiyini deyib.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, DTX tərəfindən həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində vətəndaşlara qarşı müxtəlif cinayət əməllərinin törədilməsi, əlaqəsində olan digər şəxslər, o cümlədən xarici ölkə vətəndaşları ilə birgə Azərbaycan Respublikası vətəndaşlarının orqanlarının xaricdə transplantasiyası üçün ölkədə alqı-satqısını təşkil edən Azərbaycan Respublikası vətəndaşı Xudadatov Vahib Fəxrəddin oğlu müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilib, məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilib. V.Xudadatovun əlaqəsində olan şəxslər istintaqa cəlb ediliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 137-ci (insan orqanları və ya toxumalarının alqı-satqısı, onların transplantasiya məqsədilə götürülməsinə məcbur etmə), 144-1-ci (insan alveri), 178 (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittihamlar verilib.
 





1668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___