Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Emin Ağalarov məşhur jurnalı satın aldı
Tarix: 15-07-2019 | Saat: 14:59
Bölmə:M / Karusel / İqtisadiyyat / Dünya / Gənclərimiz | çapa göndər

Emin Ağalarov məşhur jurnalı satın aldı
Azərbaycanın Xalq artisti, biznesmen Emin Ağalarov məşhur “Ok” jurnalının və eyni adlı saytın Rusiya versiyasını satın alıb.
“Xəbəraz.Az”-ın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Forbes Russian”ın marketinq və ictimaiyyətlə əlaqələr direktoru Dmitri Ozman məlumat verib.
““OK!” jurnalının yeni sahibi biznesmen Emin Ağalarov oldu. Sövdələşmə 12 iyulda  baş tutdu və ay ərzində yekunlaşdırılacaq. Populyar rəngli nəşr, habelə eyni adlı sayt “Jara” mediaholdinqinin tərkibinə keçir”,- deyə Ozman açıqlayıb.
“Forbes Russia”nın Mətbuat xidmətindən bildirilib ki, dəyişiklik yalnız jurnalın idarəetmə strukturuna təsir edəcək. Belə ki, baş redaktor vəzifəsini yenə də Vadim Vernik tutacaq.

Emin Ağalarov jurnalı alması ilə bağlı məlumatı “Rbc.ru”ya açıqlamasında təsdiqləyib. O, bildirib ki, nəşr xüsusilə rəqəmsal sahədə böyük potensiala sahib güclü media aktividir: “Biz yaxın gələcəkdə məhz bu istiqaməti inkişaf etdirmək istəyirik”.
İş adamı razılaşmanın maliyyə şərtlərini açıqlamayıb. 
Qeyd edək ki, “OK!” brendinin sahibi “Mirror” və “Daily star” tabloidlərinin məxsus olduğu Böyük Britaniyanın “Reach” mediaqrupudur. “Reach”in lisenziyasına əsasən, jurnal Rusiyadan başqa Bolqarıstan, Çin, Yaponiya, Monqolustan, Latviya, Gürcüstan da daxil olmaqla daha 14 ölkədə nəşr olunur. 
Jurnalın keçmiş sahibi, biznesmen Maqomed Musayev (“Forbes” jurnalının rus versiyası da ona məxsusdur) hələ 2018-ci ilin avqustunda “OK!”u satacağını açıqlamışdı. O, bütün marağının “Forbes”də olduğunu, buna görə də “OK!”u çox yaxın zamanlarda satacağını bəyan etmişdi.
“Mənim fikrimcə, Emin Ağalarov bazarın və jurnalın inkişaf perspektivləri baxımından ideal sahibdir”, - deyə Musayev alqı-satqı məsələsini şərh edərkən bildirib. 

Məlumata görə, jurnal öz baharını 2006-cı ildə yaşayıb. Belə ki, reklam gəliri o zaman 22 faiz artıb. Son illər isə nəşrin maliyyə durumu heç də yaxşı olmayıb. 
2017-ci ildə jurnalın auditoriyasına dair açıqlanan sonuncu məlumatda bir nömrənin tirajının 433,2 min olduğu bildirilmişdi. Müqayisə üçün qeyd olunur ki, teleaparıcı Andrey Malaxovun “7 gün” telebələdçisinin tirajı 2,6 milyon, “StarHit” jurnalının tirajı 565 mindir. Belə bir halda Ağalarovun jurnalı hansı səbəbə alması məlum deyil.
Nəşrin Ağalarovlara əsas biznes sahələri olan “Krokus Siti Holl”un reklamı üçün fayda verəcəyi deyilir.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
13-09-2017, 11:01 "Maşın" şou başlayır

bütün xəbərlər
____ Instagram ___