Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xaricdə təhsil alarkən bu məsələlərə xüsusi diqqət etmək lazımdır, əks təqdirdə diplomsuz qala bilərsiz!
Tarix: 12-07-2019 | Saat: 15:52
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər


Xaricə təhsil məqsədi ilə üz tutan gənclər çox böyük ümidlərlə bu addımı atırlar, lakin oxuduqları təhsil müəssisəsi tərəfindən verilən diplomun tanınmaması çəkilmiş böyük bir zəhmətin puç olmasına səbəb olur.

Rəsmi rəqəmlərə nəzər salsaq, xaricdə təhsil alaraq geri dönən vətəndaşlarımızın yarısına qədəri diplomlarını ölkəmizdə tanıda bilmirlər və bu cür şəxslər çox ciddi ziyan çəkirlər.

Bu vəziyyəti yaşamamaqçün nələrə diqqət etmək lazımdır?

Qeyd edək ki, diplom tanınması Nazirlər Kabinetinin qəbul etdiyi Təhsil Nazirliyi tərəfindən icrası həyata keçirilən qaydalarla həyata keçirilir. Məsələn, ərazisində yerləşdiyi ölkə tərəfindən tanınan, müvafiq lisenziya və akkreditasiyaya malik xarici universitetlərin diplomları ölkəmizdə tanına bilər.


Diplom tanınması ilə əlaqədar ən ciddi problem MDB ölkələrində yerləşən universitetlərlə bağlıdır. Çünki bu ölkələrdə yerləşən universitetlərdə təhsilin keyfiyyəti olduqca aşağıdır və mövcud minimum tələblərə belə cavab verə bilmirlər. Eyni zamanda, davamiyyətlə bağlı məsələlərə də xüsusi diqqət yetirilir.
Bu proses zamanı əsasən tələbənin dərslərdə iştirakı, ümumiyyətlə, təhsilə münasibəti aydınlaşdırılır, hər kəsə fərdi yanaşılır.

Avropada və Türkiyədə təhsil alanlarla bağlı demək olar ki, əksər hallarda problem yaşanmır.

"Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında konvensiya" var. Konvensiyaya əsasən, diplomun tanınması üçün iki mühüm şərt var. Birincisi, xarici vətəndaşa ixtisas verən təhsil müəssisəsinin öz ölkəsində akkreditasiya olunması, yəni qanuni ali məktəb olmasıdır. İkinci şərt isə tələbənin həmin məktəbdə həqiqi şəkildə oxuyaraq diplom almasıdır. Əgər bu şərtlər ödənilibsə, Təhsil Nazirliyinin Nostrifikasiya idarəsinin diplomu tanımamağa əsası yoxdur.

Xaricdə təhsil alan şəxslərin diplomlarının tanınması (nostrifikasiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 nömrəli qərarı ilə təsdiqlənən “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarının müddəaları” (http://e-qanun.az/framework/1313) əsasında aparılır.

Təhsil nazirliyi diplom tanıdılması prosesi zamanı tələbələrin təhsil aldığı universitetlərin reytinqini də nəzərə alır. Bu reytinq cədvəli ilə hər kəsin tanış olmasını istərdik. Çünki diplom tanıdılması son mərhələdir, ilk addım doğru universitet seçimindən başlayır.

Times Higher Education World University Rankings www.timeshighereducation.co.uk
Quacquarelli Symonds – QS World University Rankings www.topuniversities.com

Bir məsələni də xüsusi diqqətinizə çatdırım ki, distant təhsillə bağlı Azərbyacanda heç bir xaricdə təhsil tanınmır. Yəni bu təhsili hansı reytinqli universitetin verməsindən asılı olmayaraq, onlayn-distant təhsil barədə heç bir hüquqi sənəd əldə edə bilməyəcəksiz.

Beləliklə, xaricdə təhsil alarkən universitet seçimi düzgün olmalıdır, reytinqli Avropa və ya Türkiyə universitetlərindən biri seçməniz, təhsil davamiyyətinə ciddi şəkildə riayət etməlisiniz, yüksək keyfiyyətli bilik və bacarıqlara yiyələnməlisiz və distant təhsil növü seçməməlisiz. Seçim zamanı bu şərtlərə əməl etsəniz böyük ehtimalla alıdığınız diplomu ölkəmizdə Təhsil nazirliyi vasitəsilə tanıdaraq əmək fəaliyyətinə başlaya biləcəksiz.

AR Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov
 


Xəbəri paylaş

5778 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___