Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aydın Qurbanova işgəncə verilməyib - Rəsmi açıqlama
Tarix: 11-07-2019 | Saat: 12:18
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Aydın Qurbanova işgəncə verilməyib
Gəncə hadisələrinə görə həbs edilən Aydın Qurbanovun istintaq zamanı Müalicə Müəssisəsində ölməsi ilə bağlı rəsmi açıqlama verilib.
Baş Prokurorluq və Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən “Qafqazinfo”ya daxil olan birgə açıqlamada qeyd edilib ki, ayrı-ayrı dövrlərdə silah işlətməklə quldurluq, yaşayış sahəsinə girməklə oğurluq, xuliqanlıq, fahişəliyə cəlb etmə əməllərinə görə Cinayət Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi,  145-ci maddəsinin 2-ci hissəsi, 207.1-ci maddəsi, 243.1-ci maddələri ilə 3 dəfə məhkum olunmuş 1967-ci il təvəllüdlü Qurbanov Aydın Fərhad oğlunun 3 iyul 2018-ci il tarixdə mütəşəkkil dəstə tərkibində birləşərək Gəncə şəhərində baş vermiş terror aktı, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair dövləti cinayətləri törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, 30 iyul 2018-ci il tarixdə Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin istintaq təcridxanasına yerləşdirilib.
İstintaq zamanı A.Qurbanovun bacısı oğlu Hamlet Abdullayevin ifadəsi əsasında A.Qurbanovun yaşadığı evdə məhkəmənin qərarı ilə axtarış aparılıbr. Axtarış zamanı evin çardağından sonuncunun ayrı-ayrı cinayətlərdə istifadə etdiyi 1 ədəd “Kalaşnikov” konstruksiyalı avtomat silahı, 1 ədəd “Makarov” markalı, 1 ədəd “Marqolin” markalı tapançalar, 508 ədəd avtomat və tapança patronları, 9 ədəd sandıqça və sair döyüş sursatı hal şahidlərinin iştirakı ilə videoçəkiliş aparılmaqla aşkar edilərək maddi sübut kimi götürülüb. 
A.Qurbanov xəstəliyi ilə əlaqədar 15 mart 2019-cu il tarixdə Penitensiar xidmətin Müalicə müəssisəsinə köçürülüb və orada intensiv müalicəsi aparılmasına baxmayaraq iyulun 9-da vəfat edib.
A.Qurbanovun həyat yoldaşı və müdafiəçisinin müraciətləri ilə əlaqədar A.Qurbanovun  barəsində 31 may 2019-cu il tarixdə məhkəmə-tibb ekspertizası təyin olunub və onun saxlanıldığı şəraitdə həkimlərin nəzarəti altında müalicəsinin davam etdirilməsinin mümkünlüyü barədə rəy verilib.
Bəzi kütləvi informasiya vasitələrində A.Qurbanova guya işgəncə verilməsi nəticəsində vəfat etməsi barədə yayılmış məlumatlar həqiqəti əks etdirmir. İstintaq təcridxanasında və müalicə müəssisəsində olduğu dövrdə ona işgəncələr verilməsi ilə əlaqədar özü və ya qohumları tərəfindən hər hansı müraciət daxil olmayıb, eləcə də müalicə aldığı dövrlərdə müayinə zamanı və  vəfat etdikdən sonra meyitə baxış keçirilərkən bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izləri aşkar edilməyib.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___