Ərdoğandan Babacanın istefasına münasibət - “İncimişəm...”
Tarix: 10-07-2019 | Saat: 14:26
Bölmə:M / Karusel / Siyasət / Dünya | çapa göndər
“Mənimlə öncədən təyin edilmiş görüşü oldu. Görüş zamanı mənə “Bu seçkilərdən sonra istefa verəcəyəm. Çünki partiyaya qarşı olan aidiyyəti duyğularımı itirməyə başladım” dedi. Mən “Aiddiyyəti hisslərinizi itirməyə səbəbləriniz nədir?” deyə soruşduqda “Ölkədəki iqtisadi vəziyyət kimi bir sıra məsələlər” cavabını verdi. Hazırda onun istefa ərizəsini görmədiyim üçün ətraflı məlumata sahib deyiləm, amma o gün mənə məktub vermişdi. O, məktubda “Qurucu üzvü olduğum AKP-yə aidiyyəti duyğularımın itməyə başladığını görürəm və buna görə də ayrılmaq qərarı verirəm” sözlərini yazmışdı”.
“Xəbəraz.Az”-ın “Hurriyet”ə istinadən verdiyi xəbərə görə, bu barədə Bosniya –Hersoqovina səfərindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə iyulun 8-də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) üzvlüyündən istefa verən sabiq Xarici İşlər naziri Əli Babacanın qərarını şərh edərkən bildirib.
Ərdoğan Babacanla bir çox məsələləri müzakirə etdiyini, eləcə də siyasətçidən yeni partiya yaradıb-yaratmaq istəmədiyini soruşduğunu açıqlayıb:
“Ona “Partiyamı quracaqsınız?” sualını verdim. “Hazırda bu barədə düşünmürəm, lakin bir platforma üzərində çalışırıq” dedi. Dedim ki, “Bax, Əli bəy, əgər sənin bu kabinetə qatqı verə biləcəyin işlər, məlumatlar varsa, biz bunlardan istifadə etməyə hazırıq. Bildiyin kimi, sənə partiyada müşavir vəzifəsini təklif etdim, qəbul etmədin””.
Ərdoğan Özbəkistan Prezidentinin ondan orada yaxşı işçi istədiyini, Babacanın adını təklif etdiyini, onun bu təklifə də “hə” demədiyini sözlərinə əlavə edib:
“Baş Nazir, Prezident vəzifəsinə gələn dostlarımızın haradan-hara necə gəldikləri məlumdur. Bütün bunlarla bərabər, yola çıxarkən hər şey yaxşı olur. Amma Prezident mövqeyini itirəndən sonra mənsub olduqları partiyaya belə üzv olmurlar. Əli bəy də bu şəkildə istefa verib. Xeyirli olsun. Lakin partiyamızdan bu şəkildə ayrılanlar əvvəllər də olub. Onlar partiya da qurublar, amma davam etdirə bilməyiblər”.
Türkiyə Prezidenti jurnalistlərin “Əli Babacan, Əhməd Davudoğlu, Abdullah Güldən incikliyiniz varmı?” sualına cavabında isə deyib: “Allah eşqinə, bu sualı heç soruşarlar? Bunlardan inciməyim, bəs kimdən inciyim? Baxın, İstanbulda sonuncu bələdiyyə seçkilərində qalib gələnlər çıxıb Binəli bəylə bağlı müsbət fikir səsləndirmədilər. Biz danışdıqmı? Danışmadıq. Hər kəs özünə cavabdehdir”.
Xatırladaq ki, AKP-nin əsas yaradıcılarından biri olan Əli Babacanın hansı səbəbdən istefa verdiyi məlum deyil.
İddiaya görə, 52 yaşlı siyasətçi Türkiyənin sabiq Prezidenti Abdullah Güllə yeni partiya yaratmağı planlaşdırır. Partiyanın yaxın həftələrdə təsis olunması gözlənilir.
Xəbəri paylaş
4888 dəfə oxunub.
Digər xəbərlər

24-06-2016, 19:42
İrəvanda beş azərbaycanlı uşaq zəhərləndi
10-06-2015, 13:35
Saakaşvili yükləri Rusiyadan yan keçərək gətirmək istəyir.
19-03-2021, 13:29
General Rövşən Əkbərovun həbsi: yeni şok iddialar - TƏFƏRRÜAT
28-11-2015, 17:51
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - FOTO
30-08-2021, 11:26
Ramin Bayramlı özünə dəbdəbəli villa tikir? - TƏBİB cavab verdi
15-01-2017, 11:26
Oğlanın bacısı ilə görüşməyinə etiraz edən məktəbli öldürüldü - Bərdədəki qətlin TƏFƏRRÜATI
9-05-2016, 06:32
Ərdoğan yeni baş naziri seçdi
20-05-2015, 20:35
“Fənərbaxça” üçün yeni iddia: Loahim Löv
29-07-2016, 12:22
Putinin Bakı səfərinin şok detalları