Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentin 4 generala göstərdiyi böyük etimadın səbəbləri: Tanınmışların rəyləri
Tarix: 22-06-2019 | Saat: 14:37
Bölmə:M / Karusel / Siyasət / Gündəm | çapa göndər

Prezident İlham Əliyev iyunun 20-də imzaladığı sərəncamlarla komandasındakı generallara böyük etimad göstərdi. Daxili işlər naziri Ramil Usubov bu vəzifədən azad edilərək,  Prezident yanında Təhlükəsizlik Şurasının katibi, onun birinci müavini Vilayət Eyvazov isə daxili işlər naziri təyin edildi.
Digər sərəncamla Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət QuliyevMüdafiə Sənayesi naziri postuna gətirildi. DTX rəisi postuna Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Əli Nağıyev təyin olundu.
4 generalla bağlı qərar ictimaiyyətdə kifayət qədər maraqla qarşılanıb.
Fazil Mustafa: ““Siyasi cəhətdən, həm də regiondakı vəziyyətlə bağlı zərurət yaranırdı ki, təhlükəsizlik sektorunda fərqli bir struktur və kadr dəyişikliyinə gedilsin”
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında sərəncamların zərurətdən doğduğunu söylədi: “Siyasi cəhətdən, həm də regiondakı vəziyyətlə bağlı zərurət yaranırdı ki, təhlükəsizlik sektorunda fərqli bir struktur və kadr dəyişikliyinə gedilsin. Bu da nə ilə bağlı idi? Təhlükəsizlik Şurasının müəyyən səlahiyyətlərinin genişləndirilməsi və ora bu sahədə kifayət qədər böyük təcrübəsi olan şəxslərdən birinin gətirilməsi nəzərdə tutulurdu. Hesab edirəm ki, bura ən uyğun olan insan gətirildi. Bu şəxs çox təcrübəli bir dövlət xadimidir. Ramil Usubovun bu sahədə çox böyük təcrübəsi var. Xüsusilə, Azərbaycan dövlətçiliyinin qorunmasında, ictimai asayişin sabit şəkildə saxlanılmasında onun böyük rolu var. Bu baxımdan onun nazir postundan bura təyin edilməsi çox müsbət bir haldır. Daxili işlər naziri postuna Vilayət Eyvazovun təyin edilməsinə gəlincə, o, bu sahədə kifayət qədər təcrübəsi olan, uzun illər birinci müavin vəzifəsini daşıyan şəxsdir. Bu təyinat da ictimai asayişin qorunmasına öz müsbət nəticələrini verəcəkdir.

Mədət Quliyevin Müdafiə Sənayesi naziri olması bu sahənin prioritet sahə kimi görülməsi ilə bağlıdır. Bu sahədə kifayət qədər məsələlərin həlli istiqamətində addımlar atılmalıdır. Çünki müdafiə vəziyyətində olan ölkədə bu sahədə ciddi intizamın yaradılması çox vacibdir. Uzun müddət idi ki, burada nazir postu boş idi. Orada səfərbərliyin, intellektual və texniki səfərbərliyin təmin olunması vacibdir. Ona görə də, bu vəzifəyə Mədət Quliyevin gətirilməsi hər halda böyük zərurətdən doğurdu. DTX rəisi təyin olunan Əli Nağıyev milli təhlükəsizlik nazirinin birinci müavini olub. Bu sahədə kifayət qədər böyük təcrübəsi olan, dövlətçiliyə sadiq bir insandır. Ona görə də, ölkədə təhlükəsizlik sahəsində onun rolu doğru müəyyən edilib. Bu sahədə onun uğurlu olacağını indidən söyləmək mümkündür. Çünki təcrübəsi buna yetir. Gördüyü işlər də bunu deməyə əsas verir. Son kadr dəyişiklikləri düşüncəmə görə daha çox beynəlxalq şəraitə görədir. Çünki müəyyən dərəcədə ABŞ-İran münasibətlərinin gərginləşməsi nəticəsində bölgədə yaranan geosiyasi vəziyyətdə risklər artıb. Belə bir vəziyyətdə ən vacib olan təhlükəsizlik sisteminin və ictimai asayişin müəyyən dərəcədə sağlam zəmində qurulmasıdır. Son qərarların təbii ki, başqa cür də dəyərləndirilməsi ola bilər”.
âÃmid edirik ki, Æli Ä°nsanov, Taleh BaÄırzadÉ dÉ Éfv olunarâ

Novella Cəfəroğlu: “Normal dəyişikliklər oldu”
Hüquq müdafiəçisi Novella Cəfəroğlu da sərəncamları yüksək qiymətləndirir: “Çox normal dəyişikliklər oldu. Belə qərarlar vacibdir. Ramil Usubov layiq olduğu postlardan birinə dəyişildi. Təhlükəsizlik Şurasında katib olmaq ən ciddi, mühüm postlardan biridir. Heç kəsə asan vəzifə gəlməsin. Vilayət Eyvazovu hər kəs tanıyır. Uzun illərdir nazirlikdə çalışıb. Nazir olmağa onun həm gücü, həm də təcrübəsi, peşəkarlığı çatacaq. Əli Nağıyevi də uzun zamandır tanıyırıq. Təyin olunduğu strukturda kifayət qədər xidmətləri olub. Onun ora getməsi normal bir haldır. Müdafiə Sənayesi Nazirliyi də bizim üçün vacib sahələrdən biridir. Mədət Quliyevin ora nazir təyin olunması da çox düzgün addımdır. Müdafiə qabiliyyətimizin daha da artmasında bu təyinatın böyük rol oynayacağını düşünürəm. Bütün təyinatları çox normal qəbul edirəm. Onların hər birini təbrik edir, uğurlar arzulayıram”.

İlham İsmayıl: “Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu”
Təhlükəsizlik məsələləri üzrə ekspert, bir vaxtlar keçmiş Milli Təhlükəsizlik Nazirliyində (indiki DTX) çalışmış İlham İsmayıl Modern.az-a açıqlamasında Ə.Nağıyevin təyinatını dəyərləndirib: “Nəhayət ki, 2004-cü ildən bəri -15 il sonra bu vəzifəyə ən uyğun, ən peşəkar şəxs təyin olundu. 15 il ərzində bu vəzifədə əsasən polis işçiləri olub. Əli Nağıyev əməliyyat işçisi vəzifəsindən-leytenantlıqdan başlayaraq xüsusi xidmət orqanlarında işləyib. Əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi, idarə rəisi, müavin səviyyəsinədək yüksəlib. Yeri gəlmişəkən, biz Əli Nağıyevlə birlikdə Çaykənd əməliyyatından indiki Goranboy rayonunun ərazisində Manaşit, Buzluq, Erkəc kəndlərinin erməni quldurlarından azad edilməsində çiyin-çiyinə vuruşmuşuq. Yəni adamın həm əməliyyat təcrübəsi, həm də anti-terror fəaliyyəti var. Bir sözlə, 15 il sonra bu vəzifəyə peşəkar şəxs tapdılar. Tapdılar deyəndə ki, Əli Nağıyev onsuz da var idi. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq rəhbəri Eldar Mahmudov tərəfindən o sistemdən uzaqlaşdırılmışdı. Çünki Əli Nağıyev peşəkarlığı ilə Eldar Mahmudova mane olurdu. Eldar Mahmudov qeyri-peşəkar biri idi. Hələ Eldar Mahmudov vəzifəsindən uzaqlaşdırılanda jurnalistlər məndən soruşanda ki, bu vəzifəyə kim gətirilməlidir, mən həm tituluna, həm vəzifəsinə, həm də peşəkarlığına görə Əli Nağıyevi gördüyümü söyləmişdim”.
İ.İsmayıl qeyd edib ki, Əli Nağıyevin təyinatından sonra ölkənin təhlükəsizliyi istiqamətində atılacaq addımlar daha da möhkəmlənəcək: “Bu addımlar Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra DTX rəisi olan Mədət Quliyev və onun müavini İsmayıl Bağırov tərəfindən aparılırdı. Onlar 3 il yarım ərzində kifayət qədər işlər gördülər və müəyyən dəyişikliklərə nail oldular. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyilə bağlı əsaslı işlər görülüb. Əminəm ki, onlar tərəfindən start verilən işlər daha peşəkar şəkildə davam etdiriləcək. Əsas məsələ sözün əsl mənasında dövlətin təhlükəsizliyini qorumaqdır. Biri var təhlükəsizliklə yanaşı tamamilə başqa, kompitentsiyaya uyğun olmayan işlərlə də məşğul olurlar, necə ki, bunu Eldar Mahmudovun timsalında gördük. İşi-peşəsi nazirlərdən, məmurlardan pul yığmaq olan biri dövlətin təhlüksizliyinə təhlükədir. Biri də var ki, işi sözün əsl mənasında peşəkara həvalə edəsən. Biz Əli Nağıyevlə eyni vaxtda işləmiş adamlarıq. Mən Şəmkir rayonunda rəis olanda, Əli Nağıyev Nərimanov rayonunda rəis idi. Ona bu çətin işində uğur arzulayıram”.


Xəbəri paylaş

6138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___