Səudiyyə Ərəbistanında “halal gecə klubu” fəaliyyət başlayıb.
Bu barədə sosial mediada məlumat yayılıb.
Bildirilir ki, Ciddə şəhərində açılan kluba 18 yaşdan aşağı şəxslərin girişi qadağandır. Həmçinin, spirtli içki qəbul etmək və mobil telefonla görüntü çəkmək olmaz.
“Halal gecə klubu” sosial mediada müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Əyləncə Qurumu adlı tvitter hesabından açıqlama gəlib. Qeyd olunub ki, klub Ciddə Festivalı çərçivəsində icazəsiz şəkildə açılıb. Onun ləğv edilməsi üçün lazımi hüquqi prosedurlar başladılacaq. Qurum bildirib ki, başqa bir əyləncənin təşkil olunmasına icazə verilib, lakin bu icazə başqa məqsədlərlə istifadə olunub. Sözügedən “halal gecə”nin mərkəzi Dubayda yerləşən “White Dubai” adlı klub tərəfindən təşkil olunduğu deyilir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd ibn Salman İctimai Sərmayə Fondunun 24 oktyabr 2017-ci ildə paytaxt Ər-Riyadda təşkil etdiyi və 60 ölkədən 2500 nəfərin qatıldığı Gələcəlk Sərmayə Təşəbbüsləri toplantısında ölkəsinin “Yumşaq İslam” siyasətinə keçıcıyini söz vermişdi. Bu çərçivədə ölkədə kino zalları açılmış, opera və caz festivalları keçirilmişdi.
İslam ölkəsində İLK: halal gecə klubu açıldı
Tarix: 14-06-2019 | Saat: 16:20
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər
Xəbəri paylaş
4318 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-06-2019 | Saat: 16:20
Bölmə:Karusel / Dünya / Maraqlı / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
18-03-2023, 12:26
57 yaşlı Xalq artistini görənlər gözlərinə inana bilmədilər - FOTO
14-05-2016, 15:14
Bakıda bu görüntü kişini biabır etdi - Video
5-05-2016, 03:15
Şabranda ikimərtəbəli ev yandı
2-07-2015, 02:57
“Allahın adı anılmadan kəsilmiş heyvanlar haram sayılır”
15-08-2016, 03:34
Almaniyanın ən güclüsü məlum oldu - VİDEO
4-11-2019, 12:16
Əli Əhmədovdan partiyalara ÇAĞIRIŞ
11-03-2023, 16:50
Sürücülərə VACİB XƏBƏR: Bakıda iki mərkəzi küçə 3 gün bağlı olacaq
1-05-2016, 01:39
Rusiyanı böyük fəlakət gözləyir...
15-10-2018, 09:46
Sosial media asılılığı - Narkotikadan daha qorxunc