Azərbaycanda onkoloji xəstələrin ümumi sayında artım var.
2017-ci ildə Müalicə-profilaktika müəssisələrində qeydiyyatda olan xəstələrin sayı 45 min 756, 2018-ci ildə isə bu rəqəm 48 min 685 olub.
2017-ci ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınmış xəstələrin sayı 11 min 192, 2018-ci ildə isə 11 min 123 olub.
2017-ci ildə bu xəstələrin 5 min 415-ni kişilər, 5 min 777-ni isə qadınlar, 2018-ci ildə belə xəstələrin 5 min 468-ni kişilər, 5 min 655-ni qadınlar təşkil edib.
2017-ci illə müqayisədə onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqların sayında da artım olub. Belə ki, 2017-ci ildə xərçəng xəstəsi olan 0-13 yaşlı uşaqların sayı 99, ötən il isə 103 nəfər təşkil edib.
2017-ci ildə xəstə olan 14-17 yaşlı yeniyetmələrin sayı 31, 2018-ci ildə isə 21 olub. 2017-ci illə müqayisədə 18-29 yaşlı xəstə şəxslərin sayında isə azalma olub. Belə ki, 2017-ci ildə bu yaş aralığında olan onkoloji xəstə şəxslərin sayı 279, ötən il isə 243 nəfər təşkil edib.
30-34 yaşlı onkoloji xəstə şəxslər arasında da artım nəzərə çarpır. 2017-ci ildə həmin yaş aralığında olaraq onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı 250, ötən il isə 254 olub.
2017-ci illə müqayisədə 35-39 yaşda bu xəstəlikdən əziyyət çəkənlərin sayında isə azalma olub. Belə ki, həmin ildə 380, ötən il isə 366 nəfər onkoloji xəstəlikdən əziyyət çəkib.
2017-ci ildə 40-59 yaşlı onkoloji xəstə şəxslərin sayı 5 min 121, 60 və yaşı daha yuxarı olan onkoloji xəstələrin sayı 5 min 32 olub. Ötən il 40-59 yaşlı onkoloji xəstə şəxslərin sayı isə 4 min 836, yaşı 60 və daha yuxarı olan şəxslərin sayı isə 5 min 300 olub.
Mədə xərçəngindən əziyyət çəkənlərin sayı 2017-ci ildə 1235, ötən il isə 1 211 nəfər, traxeya, bronx və ağciyər xərçəngindən əziyyət çəkənlərin sayı 1 304, süd vəzisi xərçəngindən əziyyət çəkən şəxslərin sayı 1 967 olub.
Ötən il isə mədə xərçəngindən əziyyət çəkənlərin sayı 1 211 nəfər, traxeya, bronx və ağciyər xərçəngindən əziyyət çəkənlərin sayı 1 341, süd vəzisi xərçəngindən əziyyət çəkənlərin sayı isə 1 799 olub.
Qeyd edək ki, bu rəqəmlər Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən açıqlanıb.
Azərbaycanda xərçəng xəstələrinin sayı artır - STATİSTİKA
Tarix: 14-06-2019 | Saat: 15:21
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
7018 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 14-06-2019 | Saat: 15:21
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-04-2017, 13:03
SABAHIN HAVASI
11-11-2020, 21:33
Separatçıların lideri bütün erməni xalqını satqın adlandırdı
13-11-2017, 10:43
Növbəti iki gündə hava dəyişəcək – XƏBƏRDARLIQ
25-03-2022, 15:47
"Ayətül-kürsü"də adı çəkilən Urvətil-vusqa kimdir?
29-05-2018, 13:43
Şimşək çaxacaq, yağış yağacaq
10-02-2017, 23:05
Ən faydalı içkilərin SİYAHISI - Mütəxəssislər tövsiyə edir
16-11-2022, 19:08
2026-ci ilədək Qarabağda 35 minə yaxın ev TİKİLƏCƏK
19-03-2015, 23:41
Küləklər ağacları qırır, bu adam isə incəsənət yaradır VİDEO
27-04-2017, 14:39
"Ona baxan hər kəs kinoteatrdan sevişə-sevişə çıxacaq” FOTOLAR
19-01-2022, 08:35
Qabıq və meyvə arasındakı ağ hissəni mütləq yeyin