AFFA-da təcili iclas - Rövnəq Abdullayev baş məşqçidən hesabat İSTƏDİ - RƏSMİ
Tarix: 12-06-2019 | Saat: 11:34
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Ötən axşam Avro-2020-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan – Slovakiya oyunundan sonra “Bakcell Arena”da AFFA-nın İcraiyyə Komitəsinin təcili toplantısı keçirilib.
Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin də dəvət olunduğu iclasda millinin son iki oyunda göstərdiyi uğursuz nəticələr müzakirə olunub. Baş məşqçi hər iki qarşılaşma ilə əlaqədar İcraiyyə Komitəsinə qısa hesabat verib və bildirilib ki, yaxın günlərdə ətraflı hesabat təqdim olunacaq.
İcraiyyə Komitəsinin ümumi rəyi belə olub ki, Azərbaycan milli komandasına dəvət olunan futbolçular üzərlərinə düşən məsuliyyəti dərk etməli, bütün oyunlarda var gücləri ilə mübarizə aparmalı, heç bir halda imkanlarından aşağı səviyyədə çıxış etməməlidirlər.
Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsində 3 oyun keçirib hamısında məğlub olan Azərbaycan millisi futbol azarkeşlərinin də etirazına səbəb olub. Belə ki, ötən axşam “Bakcell Arena”da keçirilən oyun zamanı azarkeşlər AFFA rəhbərliyinə qarşı "İstefa!" şüarı səsləndiriblər.
Azərbaycan millisi Xorvatiyaya 1:2, Macarıstana 1:3, Slovakiyaya 1:5 hesabı ilə uduzaraq qrupda sonuncu yeri tutur.
Xəbəri paylaş
4548 dəfə oxunub.
Digər xəbərlər

24-07-2016, 22:16
Ağ saçları yox edən möhtəşəm resept
2-07-2015, 21:00
AVRO LİQADAN XƏBƏR VAR
17-09-2022, 10:45
Turan İbrahimov 5 il sonra televiziyaya qayıtdı - Bu verilişi aparacaq
2-05-2021, 13:27
Bəzi yerlərdə yağış, Şahdağda qar yağıb - Faktiki hava
4-08-2016, 10:44
SON DƏQİQƏ!Qaz balonu partladı, bazarda yanğın - Video
26-10-2021, 11:13
"Yelo Bank"da SARI SOYĞUNÇULUQ... - FAİZƏ FAIZ..
27-06-2017, 10:14
Laricani Rusiyanı müdafiə etdi
9-08-2017, 22:56
“Heç olmasa “İnter”ə “Zabrat” adını qoyaydılar” - Eks-prezident
14-04-2021, 14:35
İşdən çıxarılan daha bir AMEA əməkdaşı Ramiz Mehdiyevi məhkəməyə verdi