İki uşaq atasını yandırıblar, yoxsa özü intihar edib? – Rəsmi açıqlama
Tarix: 11-06-2019 | Saat: 17:15
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
İsmayıllı rayonunda iki uşaq atasının özünü yandıraraq intihara cəhd etməsi haqda prokurorluq açıqlama yayıb.
İsmayıllı rayon prokurorluğundan verilən məlumata görə, rayon sakini 1984-cü il təvəllüdlü Ramil Rəcəbalıyevin iyunun 1-də üzərinə tez alışan məhlul tökməklə özünü yandıraraq intihar etməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlərin ifadələri alınıb və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. İlkin istintaqla müəyyən edilib ki, qeyd edilən tarixdə R.Rəcəbalıyev ailə-məişət münaqişəsi zəminində qayınatası Ağasəf Məmmədova məxsus evin qarşısında qonşuların və digər şahidlərin yanında əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla özünü öldürməyə cəhd edib, iyunun 10-da aldığı yanıq xəsarətləri səbəbindən vəfat edib.
İş üzrə dindirilmiş qonşular və hadisənin digər şahidləri ifadələrində R.Rəcəbəliyevin əvvəlcədən özü ilə gətirdiyi tez alışan məhlulu üzərinə tökərək alışqanla od vurub yandırmaqla intihara cəhd etdiyini, eləcə də tez bir müddətdə alovu söndürərək təcili tibbi yardım çağırıb xəstəxanaya çatdırılmasını təmin etdiklərini bildiriblər.
Qeyd edək ki, mərhumun qardaşı Elşən Rəcəbəliyev qardaşının üzərinə benzin töküb yandırdıqlarını bildirmişdi.
Xəbəri paylaş
3918 dəfə oxunub.
Digər xəbərlər

16-08-2017, 17:00
Sabah yağış gözlənilir - Proqnoz
19-05-2018, 08:55
Yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb-Bakıda
19-08-2019, 12:46
16 yaşlı yeniyetmə ailə üzvlərini baltalayıb, intihar etdi - FOTOLAR
12-06-2020, 09:53
Bakıda gənc iş adamı koronavirusdan öldü
14-11-2015, 21:22
Silikonları və "daş dövrü" bikinisi ilə diqqət çəkdi - fotolar
4-10-2016, 22:18
Kənan M.M şairi söydü: “Sənin...” - Foto
4-10-2017, 11:51
"WhatsApp"dan daha bir yenilik
27-09-2020, 16:23
İlham Əliyev Təhlükəsizlik Şurasının iclasını keçirdi
30-04-2016, 19:06
Ermənistan ordusunun daha 4 hərbçisi ağır yaralanıb