Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlər..." - Naz
Tarix: 24-05-2019 | Saat: 15:16
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"Özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlər..." - Naz+Fotolar

Türkiyənin məşhur evlilik verilişindəki iştirakı ilə tanınan azərbaycanlı Naz Mila dünən ailə həyatı qurub. Naz evliliyi haqda azxeber.com-a müsahibə verib. Xəbəraz.Az müsahibəni təqdim edir:
 
 - İlk olaraq təbrik edirik. Evlənməyin sosial şəbəkələrdə ciddi səs-küyə səbəb oldu. Bu haqda bir az danışardın...
 
- Təbrikiniz üçün çox sağ olun. Səs-küyə səbəb olmağı normaldı, insanlar mənə kənardan, şəkillərdən və videolardan qiymət verdikləri üçün heç bir kişinin mənlə evlənməyəcəyini düşünürdü. Ona görə də onlarda bu cür fikir yaranmışdı. 

 
- Evləndiyin şəxs kimdir? Nə işlə məşğuldur, neçə yaşı var?
 
- Türkiyə vətəndaşıdı, adı Gürkandı. Geyim şirkəti var və bunun kimi başqa özəl işlərlə məşğul olur. 30 yaşı var. Gürkan mənə geyim mağazası - butik da açıb. İstədiyim hər şeyi edən bir insandır və onunla xoşbəxtəm .
 
- Gürkan sənə hansısa qadağalar qoyub?
 
- Heç bir qadağa qoymayıb, geyimimə də qarışımır. İstədiyim hər yerə aparır, kluba, əyləncə məkanlarına. İçkimə də qarışmır. Hər dediyimi anında yerinə yetirir. İstər maddi, istər mənəvi mənə dəstək olur. 
 
- Çox gözəl. Bəs Gürkanın ailəsi evliliyi necə qarşıladı?
 
- Çox gözəl qarşıladı. Dünən qardaşı, bacısı, anası, atası bir sözlə hamısı nikahda yanımızda idi. Ailələrin övladın evliliyinə qarışması bizim ölkədə qalıb, burada elə şey yoxdur.

 
- Sosial şəbəkədə bəzi qızlar yazıb ki, Naz da ərə getdisə dünya dağılmalıdır. Onlara nə demək istəyirsən?
 
- Paxıllıq etməsinlər. Bəlkə onlar da nə vaxtsa ərə gedər. Mənə ilk evlilik təklifi edən bu deyil ki, mən mənimlə sevgili olan hər kəsdən evlənmə təklifi almışam. Çünki məni yaxından tanıyanlar bilir ki, o sosial şəbəkələrdə özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə qiymət yüksəldən qızlardan deyiləm. Məni söyənlər özlərini ev qızı göstərib, "Tarqovı"da ərəblərlə gecələyənlərdi. Mən necəyəmsə, eləyəm. Sadəcə, mən bu insanla evliliyi uyğun gördüm. Evlənmək istəsəydim, indiyə qədər çoxdan evlənmişdim. Məni tanıyan oğlanlar hamısı deyir ki, Nazdan yaxşısı yoxdur. O elə yazan qızlar evdə qalıblar, evdə canları sıxılır deyə elə yazırlar. 
 
- Bəs sənin ailən, övladın necə qarşıladı evliliyi?
 
- Onlara nikah anının videosunu göndərdim. Sürpiz olsun istədim, elə sürpiz də oldu. Şoka düşdülər.
 
- Bəs toy nə vaxtdır? Toya kimləri çağıracaqsan? 
 
- Türkiyədə əvvəl nikah olur, sonra toy. Biz nikaha anidən qərar verdik. Gürkanın qohumları xaricdə olduğundan toy sentyabrda olacaq. Toyu dəniz kənarı köşkdə ya da gəmidə edəcəyik. Azərbaycandan heç kimi toyuma cağırmayacam.

 
- Bəzi qızlar səni aldığına görə yoldaşını tənqid və təhqir edirlər. Sənin keçmış videolarını ona göndərəcəklərini deyirlər...
- Göndərsinlər də. Guya Gürkan onları insan yerinə qoyur ki? Durub onların sözü ilə boşanası deyilik. Mənim yoldaşımı təhqir edənin gözü onda qalıb. Gürkan onu təhqir edənləri görsə, heç üzlərinə də tüpürməz.
 
- Bəs ailə qurmaq istəyən, ancaq bacarmayan qızlara nə məsləhət görərsən?
 
- Türk kişiləri ilə sevgili olsunlar. Zəng et, ərə get məsələsi. Bu bir zarafatdır əlbəttə ki.. (gülür)



Xəbəri paylaş

6178 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___