Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Nəşi tabuta yerləşmirdi..." - Azərbaycanda faciəvi qəzada dünyasını dəyişən məktəblinin FOTOSU
Tarix: 24-05-2019 | Saat: 10:28
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər

"Nəşi tabuta yerləşmirdi..." - Azərbaycanda faciəvi qəzada dünyasını dəyişən məktəblinin FOTOSU


Xəbər verdiyimiz kimi, ötən gün Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Qəzada dünyasını dəyişənlərdən biri də 13 yaşlı Sevindik olub. Bu barədə jurnalist Türkan Məmmədli məlumat verib. O bildirib ki, Sevindik başından xəsarət alaraq rəhmətə gedib. Məktəblinin anası və xalası hazırda reanimasiyadadır:

"Baba, nənən ölsün ay baba" belə qışqırırdı 13 yaşlı nəvəsini itirən yazıq Elmira xala. Babasının adını daşıyırdı bu gün Yevlax-Xaldan yolunda qəzaya düşüb, dünyasını dəyişən Sevindik. Babasının ömrünün üçdə bir hissəsini yaşamayan, sevinci gözündə qalan, əzizlərini kədərə boğan Sevindik... Tələbələrlə bir avtobusda Mingəçevirdən gəlirdi, anası və xalası ilə birgə. Pəncərə tərəfdə oturub, ildırım sürəti ilə ötüb keçən yollara baxırdı, əcəl yaxınlaşırmış, sən demə. Qəfildən üzərində getdiyi təkər çıxıb, avtobus aşıb məhz o oturan hissədən.
Digər nə qədər adam varsa, hamısı babanın üstünə tökülüb. Başından ağır xəsarət alan uşaq, yerindəcə dünyasını dəyişib. Anası ilə xalası reanimasiyaya yerləşdirilib. Nə ananın baladan, nə balanın anadan xəbəri olmayıb. Ağır vəziyyətə olan ananı "Baba yaxşıdır" deyib, aldadırlar.
Babanı hər kəs ağlayırdı. Tabuta yerləşmirdi 7ci sinif şağirdi. Hündür, ətli-qanlı, MaşAllahı var idi, uşağın. Elə bil bir igid oğlanı aparırdılar. Birdə çox ağıllı imiş, dərslərini oxuyar, kişi kimi evə kömək də edirmiş, deyirlər. Gedişi ağır oldu, heç baba yurdundan sağollaşıb, gedə bilmirdi, balaca baba. 
O kiçik taleyinə xəbər səhifələrində görünmək də yazılmışdı. Ölümü ilə manşet olan uşaq... "Gözün çıxsın, fələk" desəm, ayıb olmaz fələyə? Olmaz hər halda, 13 yaşlı balanı alıb aparmağı ayıb bilmədi amma".
(big.az)


Xəbəri paylaş

4668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___