Lənkəran limanını Rusiyaya icarəyə verməyi təklif edən deputatdan açıqlama
Tarix: 23-05-2019 | Saat: 17:33
Bölmə:Karusel / Gündəm | çapa göndər
“Lənkəranın hava limanının Rusiyaya icarəyə verilməsi təklifini etmişəm. Görünür, fikirlərimi ətraflı oxumadan müzakirəyə çıxarıblar”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev haqqında səslənən tənqidi fikirlərə münasibət bildirərkən deyib.
Rüfət Quliyev fikirlərinin yanlış anlaşıldığını bildirib:
“İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin ikinci gün keçirilən iclasında “2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi gedirdi. Müzakirələr zamanı iclasda əyləşənlərə sual ünvanlayaraq dedim: “Azərbaycanda bu qədər möhtəşəm idman kompleksləri var. Bundan başqa rayonlarımızda dünya standartlarına cavab verən hava limanlarımız var. Bunlara büdcədən nə qədər pul ayrılır. Daha maraqlısı odur ki, büdcədən ayrılan pullar artır, azalır yoxsa yerində qalır?”.
Sözümün canı odur ki, cənab prezidentin tapşırığı ilə tikilən obyektlərin xərcləri, işçilərin əmək haqları məsələsi var. Elə edək ki, bu obyektlərə büdcədən ayrılmalar azalsın və özləri özlərini maliyyələşdirə, yəni dolandıra bilsinlər”.
Deputat bu obyektlərin tender formasında icarəyə verilməsini təklif etdiyini öyləyib:
“Düşünürəm ki, Lənkəran hava limanı Rusiyadan olan hər hansı güclü kommersiya strukturlarından birinə təklif oluna bilər. Həmin qurum hava limanını ya bütöv, ya da qismən Azərbaycanın hər hansı kommersiya strukturu ilə şərikli istifadə edə bilər”.
Xəbəri paylaş
3338 dəfə oxunub.
Digər xəbərlər

16-03-2021, 11:37
Ata Abdullayev mütəşəkkil dəstənin üzvü olub
3-04-2023, 11:55
Mayda bu tarixlərdə iş olmayacaq
12-05-2016, 19:09
İstanbulda növbəti terror: 1 ölü, 5 yaralı
13-05-2016, 19:20
140 terrorçu öldürüldü – Baş Qərargah
28-06-2022, 12:31
“Əmini söy” deyə böyüdülən uşaqlar: Qanunvericilikdə bu cür valideynlər barədə maddə olmalıdır - RƏY
5-02-2016, 22:39
Uşağın burnuna 10 santimetrlik şurup girib - VİDEO
22-02-2016, 00:04
Bakıda faciə: Dəmir boru qadınların başına düşdü – VİDEO + FOTO
22-11-2016, 10:16
Prezident ABŞ dövlət katibinin müşavirinin müavinini qəbul edib
20-09-2021, 12:58
ŞOK İDDİA! SABUNÇUDA GEOFİZİKANIN ƏRAZİSİ SATILDI ! EKOLOJİ GENOSİD! YENƏ ADİL VƏLİYEV
11-08-2017, 12:08
Çoban idi, indi toylarda oxuyur - Video