Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ana südündən ürək-damar xəstəliklərinə qədər hər dərdin dərmanı - GİCİTKƏNİN FAYDALARI
Tarix: 22-05-2019 | Saat: 21:35
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


Toxunarkən dəridə səpkilər və qaşıntı yaratdığına görə bir çox insan gicitkəndən uzaq gəzməyə çalışır.
Lakin gicitkənin insan orqanizminə bir çox faydaları var.
Gicitkən əsrlərlə xalq təbabətində geniş istifadə olunub. Yaz aylarında bitən bu otun üzərində incə tikanlar var. Tikanlardakı formik turşusu və histamin maddələri dəriyə təmas zamanı buradakı hüceyrələrin mutasiyasını pozur və qaşınmaya səbəb olur. Gicitkənin meyvəsi də var. Fındığa bənzər bu meyvədən yağ əldə olunur. Bu yağ kosmetika və dərman sektorunda geniş istifadə edilir. Gicitkən yağı dərinin elastik quruluşunu yeniləyir, qırışıqları aradan qaldırır. Gicitkənin tərkibində flavonoid birləşmələri, mineral maddələr, lutein və diuretik təsir göstərən karotenoid birləşmələri vardır ki, bu maddələr artıq çəkidən qurtulmaqda yardımçı olur.

Gicitkənin faydaları
- Orqanizmin sağlam iş prinsipini pozan toksinləri bədəndən təmizləyir. Eyni zamanda, bağırsaqların florasını balanslaşdıraraq həzm sistemini yaxşılaşdırır.
- Yandırıcı və həll edici tərkibi sayəsində böyrəklərdəki daş və qum yığıntılarını xaric edir. Sidik yolu infeksiyasının qarşısını alır.
- C vitamini və dəmir mineralı sayəsində qan hüceyrələrini balanslaşdırır. Hüceyrələrin sayını artıraraq qan dövranını yaxşılaşdırır. Bununla birlikdə, ürək-damar problemlərinin yaranma riskini azaldır.
- Aparılan araşdırmalarda bu otun allergik xəstəliklərə qarşı müsbət effekti olduğu ortaya çıxıb. Tez-tez allergik reaksiyalar verənlər üçün mütəxəssislər bu otun çayından istifadə etməyi məsləhət görür.
- Nəfəs problemlərinə də təsiri var. Xüsusilə, mövsümlə bağlı nəfəs yollarında yaranan problemləri və qrip kimi xəstəliklərin riskini azaldır.
- Xroniki əzələ ağrılarında effektivdir.
- Tərkibində bol miqdarda mineral və kalsium var. Bunun sayəsində sümüklərin toxumasını bərpa edir. Müəyyən yaşdan sonra əmələ gələn sümük əriməsi riskini azaldır. Mütəxəssislər revmatizm və duzlaşma kimi xəstəliklərin müalicəsində gicitkənə yer verilməsini tövsiyə edir. Bu zaman kompres üsulundan istifadə olunmalıdır.
- Süd verən anaların südünü artırır. Eyni zamanda, ana südünün keyfiyyətini yaxşılaşdırır.
- Sızanaqların yaranmasını əngəlləyir. Yüksək antioksidant tərkibi sayəsində deformasiya olunmuş hüceyrələri azaldır. Ləkələrə qarşı effektivdir. Adətən suyu təmizləyici maddə kimi istifadə olunur. Bununla yanaşı, saç tökülməsinin və kəpəyin qarşısını alır.
Gicitkən çayı necə hazırlanır?
1 qaşıq qurudulmuş gicitkən otunu qaynar suda 10 dəqiqə saxlayın. Daha sonra süzün və için.
(publika.az)


Xəbəri paylaş

5388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___