Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputatın bağlatdırdığı popkorn aparatı yenidənİŞƏ BAŞLADI
Tarix: 16-05-2019 | Saat: 15:25
Bölmə:Karusel / Gündəm | çapa göndər




Deputat Rasim Musabəyovun sosial şəbəkələrdə yazdığı statusdan sonra bağlanan "popkorn aparatları" yenidən açılıb.


 Dünəndən etibarən keçidlərdə "popkorn aparatları" yenidən fəaliyyətə başlayıb.


Sadəcə dəyişiklik satıcılar arasında olub. Belə ki, satıcı kimi orta və yaşlı insanlar işə qəbul edilib.


Xatırladaq ki, deputat Rasim Musabəyov "popkorn satan uşaq haqda bu sözləri yazmışdı: "Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popcorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsa da, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir. Bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.


Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu. 


Bu, mənim üçün sosial şəbəkə vasitəsilə içtimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın".
 (Azxeber.com)



Xəbəri paylaş

4298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___