Terraslar “İçərişəhər” Qoruğunun təşəbbüsü ilə tikilir - AÇIQLAMA
Tarix: 25-04-2019 | Saat: 12:38
Bölmə:Karusel / Gündəm | çapa göndər
“İçərişəhər” ərazisindəki Kiçik Qala küçəsində - Qala divarlarının qarşısında başlanan tikinti işləri vətəndaşlar, xüsusilə də sosial şəbəkə istifadəçiləri tərəfindən narazılıqla qarşılanıb.
Məsələ ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov açıqlamasında bildirib ki, tikinti işləri çərçivəsində Qala divarları heç bir zərər görmür:
“10 ilə yaxındır ki, burada “Sehrli təndir” və s. restoranlar fəaliyyət göstərir. Sadəcə restoranların bəzi konstruksiyaları köhnəlmiş və Qala divarlarına zərər vermiş hala gəldiyi üçün yüngül konstruksiyalı açıq terraslar yardılır. Bunlar heç bir şəkildə Qala divarlarına bitişik deyil. Tikinti zamanı nə daş, nə də kərpicdən istifadə edilir. İdarə buna heç vaxt icazə verməz. Konstruksiyalar Qala divarlarından ən azı 50 santimetr-1metr aralıqda quraşdırılır. Bu restoranlar 2008-2009-cu ildən mövcud idi. Yəni mövcud olan ictimai-iaşə obyektləri daha uyğun, daha rahat və abidələrin qorunması nöqteyi-nəzərindən yenilənir”.
R.Qasımov qeyd edib ki, terraslar “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə tikilir:
“Həmin restoranlar idarənin balansındadır. Ona görə də həm ziyarətçilər, həm də turistlər tərəfindən ziyarət edilən yerin daha əlverişli hala gətirilməsi bizim üçün vacib idi”.
Xəbəri paylaş
4868 dəfə oxunub.
Digər xəbərlər

22-05-2023, 13:00
Ölkədə qeyri-adi simptomları olan xəstəlik yayılıb? - Nazirlik açıqladı
22-04-2016, 14:28
Məşhur model faciəvi şəkildə öldü
11-01-2017, 15:32
Zülfiyyə: "Qardaşım dedi ki, başımızı yerə soxdun" - VİDEO
19-04-2016, 12:59
Şahin Mustafayev supermarket rəhbərlərini qəbul etdi
27-01-2018, 12:31
Bakıda piyada keçidindən istifadə etməyən kişini maşın vurub
21-04-2017, 16:26
ATV-də qalmaqallı görüntülər - Kanaldan açıqlama+VİDEO
3-06-2018, 13:48
İsrail yenə Qəzzanı bombaladı
14-09-2022, 11:40
"Fərid ailəmizin 5-ci şəhididir" - Səttar Möhbalıyev (VİDEO)
29-04-2017, 22:33
10 ildən sonra Premyer Liqanı tərk etdilər
14-03-2017, 14:41
Paytaxtımızda “İlaxır çərşənbə” qeyd olunur - fotolar