Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?
Tarix: 15-02-2019 | Saat: 13:40
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Qadınlar niyə kişilərlə eyni yas məclisində əyləşə bilməz?
"Yas məclislərində qadın və kişilərin ayrı-ayrılıqda dini ayinləri icra etməsi dinin tələbi deyil”.

Bu barədə dəfn və yas adətlərindən, bu mərasimlərin dini xüsusiyyətlərindən danışarkən tanınmış ilahiyyatçı hacı Şahin Həsənli bildirib. O qeyd edib ki, xristian dünyasında yas məclislərində qadınlar və kişilər birlikdə iştirak edirlər: 

"Əslində isə bu ənənə insanların, xüsusilə qadınların rahatlığı üçün belə formalaşdırılıb. Qadınların yas məclisini idarə etmə qaydaları, dini ayinləri icra etmə şəkli təbii olaraq, kişilərdən fərqlənir. Ona görə, bu ayinlərin sərbəst icra olunması üçün qadın və kişi məclislərinin ayrı-ayrı qurulması keçmişdən məqsədəuyğun hesab edilib. 

Xristian dünyasında da dindən irəli gələn və dinin tələb etmədiyi, insanların rahatlığı üçün formalaşdırılan fərqli ənənələr var. Məsələn, bu gün xristian qadınlar kilsəyə daxil olanda baş örtüyündən istifadə edirlər. Bu, dinin qoyduğu qaydadır. Yas məclisləri, kişi və qadınların ibadət mərasimlərində isə ayrılıq tələb olunmur. Bu, dediyim kimi, xalqların adət-ənənələri ilə bağlıdır, şəriətin hökmləri, dinlərin tələbləri olaraq ortaya qoyulmur”. 

Buna baxmayaraq, hacı Şahin Həsənli diqqətə çatdırıb ki, dəfn prosesində qadınların iştirakı dində qadağan olmasa da, bəyənilməyən əməldir: 

"Qadınların dəfndə iştirakı məkruh hesab olunur. Bu, dini termindir, mənası bəyənilməyən əməl deməkdir. Qadınlar daha çox emosional olur, dəfn zamanı onlar kişilərdən çox ağrı-acı yaşayırlar. Hətta bəzi hallarda qadınlar dəfn prosesinə mane ola bilirlər. Onların öz səhhətləri üçün də müsbət nəticələnməyəcək bu əməl ona görə bəyənilmir. Dinimiz bunu qadağan etmir, yəni hökm olaraq, olmaz deyilmir. Mən bir sıra İslam ölkələrində, xüsusilə, İranda görmüşəm ki, qadınlar dəfn prosesində iştirak edirlər. Əksər İslam ölkələrində isə adətən belə qəbul olunur ki, dəfn prosesində qadınlar iştirak etməsin”. 
(modern.az)


Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
30-07-2019, 17:43 Məzənnə dəyişdi?

bütün xəbərlər
____ Instagram ___