Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AFFA , yoxsa BFFA ? Bu qurum etibarını itirirmi? Bəs futbolumuza ayrılan Milyonlar?...
Tarix: 18-12-2018 | Saat: 14:19
Bölmə:M / Karusel / İdman / Ekskluziv | çapa göndər

Məqaləyə bucür başlığın qoyulmasına sizə sərgiləyəcək silsilə yazılarımla aydınlıq gətirəcəm əziz oxucular ! Hələ müstəqilliyimizin ilk illərində yəni , ötən əsrin sonlarında AFFA adlı qurum ( Azərbaycan Futbol Federasiyaları Asossasiyası ) normal fəaliyyət göstərirdi desəm yanılmaram. Qurumun baş ofisi paytaxt Bakıda təşkil olunmaqla fəaliyyət göstərsə də Paytaxtdan düz 500 km məsafə aralıqda təşkil olunan Tovuzun Turan komandası nəinki ölkə çempionatında uğurlu oyunlar sərgiləyirdi, hətta, ölkəmizi Beynəlxalq yarışlarda ilk təmsil edən komanda kimi də tarixə ilk imza atdı. Bəli, düz eşitdiniz! Məhz o ucqar Tovuz rayonunun Turan komandası! Şəmkir və Gəncənin Kəpəz klublarını da bu siyahıya əlavə eləmək olar. Qeyd efək ki hələ o uğurlar ölkəmizdə Qarabağ münaqişəsi zəmnində İşğalçı Ermənistanla qızğın müharibələr də tüğyan edirdi. Gəlin indiki Bölgə futbolunun ağlamalı günləri ilə tanış olaq: Hələ Sovetlər dövründən "Avtomobist" adı altında çıxış edən Mingəçevirin Futbol komandası var idi ki, müstəqillik dövrünün ilk illərində də Kür-nur və Energetik adı altında uğurla çıxış edərək hətta iki dəfə Azərbaycan kubokunun finalına da yüksəlmişdir. Lakin çox təəssüf ki, AFFA adlı qurum- Üzvlük haqqına  görə ödəniləcək 5000 manata görə 1999-2000-vi il ölkə çempionatı sıralarına bu peşəkar futbol klubunu kənarda qoydu! Respublikanın ikinci nəhəng şəhəri sayılan Gəncənin Kəpəz komandası da həmçinin Ölkə kubokunu dəfələrlə qazanmaqla! Bugün isə Ölkədə bir idman mədəniyyətinin özəyi olan , sağlamlığın əsası olan qaçışı özündə əks etdirən futbolumuz terrora məruz qalır. Uşaq futbol məktəbləri bölgələrdə yox dərəcəsində! Rayonları təmsil edən klublar da həmçinin! İndi keçək AFFA adlı qurumun bu sadalananlara mövqeyinə! Nə yerdədi hazırda bu mövqe, münasibət, qayğı? Əgər bugün bu doğma ölkəmizin adını daşıyan Azərbaycan Futbol Federasiyaları Asossasiyaları (AFFA) yalnız Paytaxt Bakının 12 inzibati rayonunun beş-altı rayonunun iş adamlarının təşəbbüsü ilə klub yaradıb yalnız Paytaxda futbol çempionatı baş tutursa, bəs onda nəyə lazım ki, bu quruma ölkənin adı qoyulması? Elə qoyulsun ki-Bakı Futbol Federasiyaları Asossasiyası. Axı bütün oyunlar , klublar Bakıda mövcuddur! Nədir axı bu? Dövlət büdcəsindən yrılan milyonlarla vəsait yalnız elə bu Paytaxt Bakı kənd və qəsəbələrinəmi ayrılır ? Xeyr, əsla! Bu təsəvvürolunmaz bir fikir olar! Əks halda bəs hanı bölgə Futbolunu bu ölkə adını daşıyan bir Asossasiyanın fəaliyyəti və gördüyü işlər? Qurum rəhbəri Ramin Musayev, bu sadaladıqlarımız barədə haçansa 66 rayonumuzun bircəciyində belə çoxsaylı futbolsevərlər vəya şəhər rayon idman Komitə rəhbərliyi ilə müzakirələr-konfranslar keçirtdimi? Bütün bu suallara növbəti yazılarımda çoxsaylı oxucular və bütün futbolsevərlərə açıqlama vermək üçün mövzunu diqqətdə saxlayırıq.Qarşı tərəfin də mövqeyini öyrənib dərc etməyə hazırıq! Mövzuya qayıdacağıq!
Xəyyam Ayətoğlu.


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___