Bu saytlardan Mətbuat Şurasına ŞİKAYƏT OLUNDU
Tarix: 14-12-2018 | Saat: 19:39
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib.Toplantını açan komissiya sədri, Jurnalistlərin Həmkarlar İttifaqının rəhbəri Müşfiq Ələsgərli gündəlikdə duran məsələlər barədə məlumat verib.
“Kür-Xəzər” Xeyriyyə cəmiyyəti ictimai birliyinin sədri Akif Kərimovun “Təzadlar” qəzeti və “təzadlar.az” saytı barədə şikayətini araşdıran komissiya üzvləri müəyyən ediblər ki, “təzadlar.az” saytında yayımlanan və şikayət doğuran materiallarda “Azərbaycan Jurnalistlərin Peşə Davranışı Qaydaları”nın (AJPDQ) balans prinsipi pozulub. “Akif Kərimovun 200 min dollara işə düzəltmə qalmaqalı” adlı yazıda ciddi ittihamlar yer alsa da, qarşı tərəfin rəyi soruşulmayıb, mövqeyi öyrənilməyib. Bənzər xətaların təkrarlandığını nəzərə alaraq, “Təzadlar” qəzeti və “təzadlar.az” saytına MŞ tərəfindən xəbərdarlıq edilib. Tərəflər razılaşıblar ki, yazıda adı keçən və ittiham olunan tərəflərin fikirlərinin açıqlanması üçün saytda şərait yaradılsın.
“Biləcəri Təmir Quraşdırma” QTSC-nin sədri Nazim Tahirovun “dia.az” və “teref.az” saytına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, şikayətçidə narahatlıq doğuran materialda “Biləcəri Təmir Quraşdırma” QTSC və onun sədri Nazim Tahirov barəsində ciddi ittihamlar var. “Dia”az saytı qarşı tərəfin rəyini öyrənib dərc etsə də, bu, öncəki materialda əks edilmiş ittihamlara adekvat olmayıb. Komissiya hər iki sayta tövsiyyə edib ki, qarşı tərəfin mövqeyinin uyğun şəkildə işıqlandırılması üçün şərait yaradılsın. Tərəflər rəylə razılaşıblar.
Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərovun “cahan.info”, “afn.az”, “bakupress.az saytlarına qarşı şikayətini araşdıran komissiya müəyyən edib ki, adı çəkilən saytlarda RTŞ barədə dərc edilən materiallarda AJPDQ-nın prinsipləri pozulub. Faktlar tələsik, dəqiqləşdirilmədən və qarşı tərəfin rəyi öyrənilmədən yayılıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytları qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsınlar və bənzər yanlışlar təkrarlanmasın. Tərəflər rəylə razılaşıblar.
Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun, Şamaxı rayon sakinlərinin “cahan.info” saytına qarşı şikayətinin araşdırılması zamanı da bənzər xətalar üzə çıxıb. MŞ adından tövsiyyə edilib ki, adı keçən xəbər saytı qarşı tərəfin mövqeyinin işıqlandırılmasına şərait yaratsın. Tərəflər rəylə razılaşıblar.
Xəbəri paylaş
4518 dəfə oxunub.
Digər xəbərlər

28-06-2022, 11:53
Dəhşətli intihar: Bakıda məşhur həkim özünü 11-ci mərtəbədən atdı - FOTO
21-02-2016, 00:11
Bakıda bizi qumara belə dəvət edirlər - VİDEO
31-01-2019, 15:37
Bakı metrosunda vaqonlarda əlillər üçün əlavə yerlər quraşdırılır - Foto
13-12-2022, 10:25
Bakı-Quba yolunda ağır qəza - Ölən və yaralananlar var
18-06-2019, 16:43
Kərə yağı adı altında xalqa nə satılır? - SENSASİON AÇIQLAMA
14-03-2016, 15:55
Qız azarkeş Azərbaycan klubunun qələbəsinə görə soyundu (FOTO, VİDEO)
7-02-2016, 17:00
“Yardımlıda yanğın
7-05-2015, 21:02
İKİ uşaq ANASI Qebirstanlıqda özünü asarkən iş yoldaşı xilas edib
14-05-2019, 11:00
İqtidar deputatı Emin Millini Azərbaycana dəvət etdi