Uşaqlarını görməyə gəldi, qayınatasını öldürdü... - Qubada baş verən qətlin təfərrüatı
Tarix: 11-12-2018 | Saat: 11:27
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Qubada həmkəndlisini öldürən şəxs polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, dekabrın 8-də axşam saatlarında rayonun 2-ci Nügədi kənd sakini Heybət Heybətovun bədənin bir neçə nahiyəsinin daxilə nüfuz edən kəsilmiş deşilmiş yaraları xəsarəti ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub. Xəstə dərhal əməliyyat olunsa da, dünyasını dəyişib.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmin kənd sakini Mehman Balayev saxlanılıb. İlkin dindirmələr zamanı məlum olub ki, küsüb atası evinə gedən həyat yoldaşının yanına - uşaqlarını görməyə gedən kənd sakini olan 39 yaşlı Mehman Fərhad oğlu Balayev qaynatası Heybət Ağaverdi oğlu Heybətovla mübahisə edib və ona qol, çiyin və qarın nahiyəsindən 5 bıçaq endirib.
Dərhal Quba rayon mərkəzi xəstəxanasına çatdırılan 57 yaşlı qayınata Heybət Heybətov xəstəxanada ölüb. Mehman Balayevin həyat yoldaşı 3-4 aydır atası evinə qayıtmışdı. İki azyaşlı uşağını görməyə gələn kürəkənin qaynata ilə sözü çəp gəlib və onu bıçaqla ağır yaralayıb.
O, araşdırma zamanı törətdiyi əməli etiraf edərək, H.Heybətova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

13-04-2015, 21:35
İran Ümrə ziyarətini dayandırdı
5-07-2017, 20:17
6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Samuxda DƏHŞƏT
20-04-2023, 11:04
18 yaşlı qıza qarşı təcavüz qalmaqalı - İndi də Hazal Kayaya 2 il həbs istənilir - FOTO
15-04-2021, 17:11
Ermənistan Azərbaycanın sülh təklifinə rədd cavabı verdi - GƏLİŞMƏ
16-06-2021, 12:20
Azərbaycanda FACİƏ - Əkiz uşaq dünyaya gətirən ana öldü
19-04-2015, 00:13
Rubl qalxmasa, erməni zavodları bağlanacaq
17-05-2017, 12:07
Türkiyədə güllələnən dünya çempionumuzdan AÇIQLAMA — TƏFƏRRÜAT + FOTO
14-08-2017, 10:21
Qadınların beyni kişilərdən daha aktivdir
1-04-2018, 16:42
Lerikdə meşədə asılmış halda tapılan şəxsin kimliyi məlum olub