İnsan dərisindən xərçəngin dərmanı hazırlanacaq
Tarix: 10-12-2018 | Saat: 09:22
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Alimlər hüceyrələrin “təkrar proqramlaşdırılmasının” yolunu çoxdan tapıb. Asan anlaşılan dildə, hər hansı mürəkkəb termin işlətmədən izah etsək, proses zamanı bir növ hüceyrədən başqa növ hüceyrələr yaratmaq olar. Bu isə bir çox hallarda faydalı ola bilər.Məsələn, bu yaxınlarda İsveçin Lunds Universitetindən olan tədqiqat qrupu insan dərisindən götürülmüş hüceyrələri “təkrar proqramlaşdıraraq” onları immun hüceyrələrinə çevirməyə nail olub. Alimlər əmindir ki, bu metod onkoloji xəstəliklərlə mübarizədə həlledici rol oynaya bilər.
Bu haqda “Science Immunology” jurnalında məqalə dərc olunub.
İsveç alimləri tədqiqatın gedişində dendrit hüceyrələr əldə edib. Dendrit hüceyrələr onurğa-beyni mənşəli anti-gen təmsiledicilərin heterogen populyasiyasıdır. Bu, o anlama gəlir ki, belə komplekslərin səthindəki yad agentləri ( xüsusilə orqanizmə təhdid olan agentləri) aşkarlamaq xüsusiyyəti var. Təmas zamanı hüceyrələr belə “yadları” işarələyir və sonradan digər immun hüceyrələr, daha dəqiq desək, T-limfositlər onları aşkarlayaraq məhv edir.
Ekspertlər dendrit hüceyrələrin diferensiasiyası prosesində iştirak edən üç vacib faktoru - PU.1, İRF8 və BATF3-ü müəyyənləşdirib. Bunun əsasında fibroplastların birləşdirici toxumalarının hüceyrələrindən “fərdi” dendrit hüceyrələri hasil etmək mümkün olub. Belə dendrit hüceyrələr karsogen (şişli) agentlərin təsirinə qarşı davamlı olur.
“Şişlər, adətən, unikal mutasiya xüsusiyyətinə malik olur ki, bu da onların immun sistemi tərəfindən tanınmasını çətinləşdirir. Beləcə, adi hüceyrələri dendrit hüceyrələrə çevirməklə xərçəngə qarşı “fərdi” peyvənd hazırlamaq mümkün ola bilər”, - deyə tədqiqat qrupunun üzvü Karlos Pereyra bildirib.
Xəbəri paylaş
3878 dəfə oxunub.
Digər xəbərlər

16-08-2020, 12:35
Bu ölkədə kar və lallar üçün xüsusi maskalar istehsal olunacaq
6-08-2017, 17:50
Təcrübəli Rejissor və Senarist tələb olunur
10-03-2017, 12:20
80 yaşlı qadın: "Şiraslanı söyüş söydüyü üçün öldürmüşəm"
3-12-2017, 19:13
Burakın yaxasını burakmayan qızlar- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR
7-12-2017, 12:12
Aygün Bəylər ərə gedir
15-01-2016, 21:13
Dollarla krediti olanlara şad xəbər-105 azn-lə ödəniləcək
23-04-2017, 21:11
Aygün Kazımova küsülü olduğu Röya haqqında nələr dedi? - VİDEO
22-01-2019, 10:50
Metrodan istifadə edənlərin sayı nə qədərdir?
1-03-2020, 19:03
Xalqxeber.Az xəbər portalının 8 yaşı tamam olur
2-06-2018, 11:21
Bakıda sürüşmə sahələri aktivləşib