Orduxan Teymurxana cinayət işi açıldı
Tarix: 07-12-2018 | Saat: 14:45
Bölmə:Karusel / Gündəm | çapa göndər
Hollandiyada yaşayan mühacir bloger Orduxan Teymurxan oğlu Bəbirov barədə həbsli axtarış qərarı çıxarılıb.
Məhkəmə bu qərarı prokurorluğun təqdimatı əsasında verib.
Bu barədə "Azadlıq” radiosuna prokurorluqdakı mənbədən bildirilib.
Mənbənin məlumatına görə, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində mühacirətdə olan bir sıra şəxslər, o cümlədən sosial şəbəkələrdə "Orduxan Teymurxan” adıyla tanınan O.Bəbirov haqqında da cinayət işi başlanıb. Onun haqqında həbsli axtarış qərarının çıxarılması üçün prokurorluq Nəsimi Rayon Məhkəməsinə müraciət edib: "Noyabrın 29-da Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova bu işə baxıb və qərar çıxarıb”.
O.Teymurxan təqsirləndirilən şəxs qismində tanınıb və ona qarşı CM-in 214-2 (terrorçuluğa açıq çağırışlar), 220.2 (kütləvi iğtişaşlara, hakimiyyət nümayəndəsinin qanuni tələbinə tabe olmamağa çağırışlar etmə), 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar - təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə ittihamlar irəli sürülüb.
Nəsimi Rayon Məhkəməsindəki mənbə də "Azadlıq” radiosuna xəbəri təsdiqləyib.
Qanunda blogerin ittiham olunduğu maddələrdə terrorçuluğa açıq çağırışa görə 5 ilə qədər, kütləvi iğtişaşlara çağırışa görə 3 ilə qədər, dövlət əleyhinə yönəlik çağırışlara görə isə 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

16-10-2017, 13:50
Bu detaldan avtomobilinizdə istifafə etməyin - Çox təhlükəlidir...
5-08-2016, 00:14
Terror zarafatı acı sonluqla nəticələndi - 11 nəfər... - VİDEO
22-04-2015, 14:30
“Acer” daha ucuz planşetlə gəlir
1-01-2017, 14:16
İstanbulda DƏHŞƏT: "Santa Klaus" geyimli terrorçular 39 nəfəri güllələyib öldürdü - YENİLƏNİB
2-05-2017, 12:15
Azərbaycanlı və erməni birgə oyun şərh etdilər
20-08-2015, 14:01
Saxta sənədlə 3 avtomobil satdı
24-11-2016, 11:24
Bakı məktəblərində "Azərbaycançılıq-milli ideologiyamız" mövzusunda ziyalılarla şagirdlərin görüşü keçirildi
11-04-2015, 23:11
13 İcra başçısı haqda şok faktlar açıqlandı - Rəsmi
1-04-2023, 11:55
Bu dəfə azərbaycanlı iş adamını GÜLLƏLƏDİLƏR: Ürəyindən...
26-03-2023, 10:58
25 yaşlı Aynurənin qətlinin ŞOK TƏFƏRRÜATI - Qardaşı kənarda durub seyr etdi... - VİDEO