Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
<>

ZehraGulum.butik

Ekskluziv,təravətli güllər və buketlər zövqünüzü oxşayacaq!

Ən münasib qiymət bizdə!

Əlaqə üçün: (WhatsApp) 012 371 80 90/055 379 99 40/077 399 68 89 (İnstagram.com)⬇ ➡@zehragulum.butik
Həqiqəti ədaləti qədər olan insanlar-FOTO
Tarix: 12-10-2018, 16:49 | Saat: 15:47:00
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Həftə-Reytinq | çapa göndər

  


Dünya bina olandan bu günə kimi çox peşələr və peşəkarlar yaranıb, yetişib. Kimisi işinin ustası olub ad qazanıb, kimisi naşı olub ad itirib. Lakin bütün peşələr insan faktoruna xidmət məqsədi ilə yaranıb. İnsan Allahın yaratdıqlarının ən dəyərli varlığıdır ki, özünü idarəetmə üstünlüyünə sahibdir. Birdə elə insanlar var və elə peşələr var ki, yalnız özünü idarəetmə deyil, cəmiyyətin düzgün idarəçiliyini, insanların mənafeyini qorumağa borcludurlar. Əlbəttdə belə peşələrin də olduqca dərin məsuliyyətləri vardır ki, bunları qaldırmaq həm ədalət, həm də vicdan tərəzilərini əldə düzgün tutmağı tələb edir.
Bizim bəhs edəcəyimiz yazının qəhramanları da məhs o insanlardır ki, hər zaman ədalət tərəzilərini vicdanları və həqiqətləri ilə taraz saxlayan Ağır Cinayətlər Məhkəməsinin hakimləri Eldar Mikayılov və Əhməd Quliyevdir. Hər iki hakim bu gün sahib olduqları mövqeyə çatmaqları üçün həyatın "səxavətlə" bəxş etdiyi ağrı-acıların sınağından üzü ağ çıxan şəxslərdir. Respublikada bir çox hakimlər içərisində ədalətləri ilə tanınan hakimlər haqqında söz gedəndə, başlar ağır-ağır tərpənib dərin fikirə dalmamaq mümkün deyil. Çünki haqqında bəhs etdiyimiz insanlar, həll etdikləri insan həyatları ilə bağlı verdikləri hökmlərini öncə mənəvi özləri yaşayıb, sonra hökm oxuyurlar. Çünki onların hakim ridalarının çiyinlərindəki ağır məsuliyyətin və oxuduqları hökmlərin səhvi bir ailənin hətta bir nəslin taleyini həll etdiyini bilirlər. 
     

Ədaləti həyat rəmzi seçmiş Əhməd Quliyev isə 1959-cu ildə dünyaya gəlib. Birinci ali təhsilini Naxçıvan Dövlət Universitetinin Tarix Fakiltəsində alan Əhməd müəllim qazandığı uğurları ilə kifayətlənmir. Yenidən sənədlərini moskva Dövlət Universitetinin Tarix Fakültəsinə verib 1995-ci ildə tələbə adı qazanır. Oxuduğu illər əzrində Naxçıvan MR-da bir çox yüksək vəzifələrdə, Naxçıvan MR-nın Ədliyə Nazirinin müavini, Babək rayon Məhkəməsinin Sədri vəzifələrində çalışmışdır. Hətta Babəklilər Əhməd müəllim haqqında bu gün də olduqca yüksək fikirlər söyləyirlər.
2007-ci ildə Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Rrspublikasının hakimi və 2011-ci ildən isə Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifələrində irəli çəkilən Əhməd Quliyev hər zaman işinə aşiq bir insan olaraq tanınır.

 

1956-cu ildə dünyaya gələn Eldar Mikayılov 1982-ci ildə RF Tomsk Dövlət Universitetinin Hüquq Fakültəsini bitirir. Gənc hüquqşünas Krosnayarski vilayətində prokuror əvəzi vəzifə ilə iş kariyiyerasına başlayır. İşinin vurğunu olan Eldar Mikayılov Qazaxıstan respublikasına baş müstəntiq kimi göndərilir. Vətənindən uzaq, qəribçilik yaşayan Eldar müəllim nəhayət vətəninə dönür. Azərbaycanda müxtəlif illərdə prokurorluq orqanlarında çalışan Eldar Mikayılov 2011-ci ildən Ağır Cinayətlər Məhkəməsində hakim vəzifəsinə seçilir. Gəncliyini vətənindən uzaqda, doğma ana dilində bir kəlmənin həsrəti ilə yaşayan bu insan, öz vətənininə və millətinə böyük sevgi yaşadıb. Bəlkədə bu gün Eldar Mikayılovun pozulmayan ədalət tərəzisi zamanla xalqımıza qarşı yönələn ədalətsizliyə qisasdan yaranıb. Kim bilir? Sovetlər birliyinin şovinist siyasəti,saxta xalqlar dostluğunun riyakar simasını oxuduğu və yaşadığı Rusiya məmləkətində yetərincə şahidi olmuşdur.

Haqqında bəhs etdiyimiz bu insanlar bəzən çoxlarının belə səhər yuxusundan ayılmadıqları zaman tezdənin alaqaranlığından öz iş otaqlarında insan taleləri ilə dolu qovluqları vərəqləyirlər. Həyatın ağrı-acılarından üzüağ çıxan belə insanların seçdikləri bir amal olur. "Biz insan taleyini həll edirik. Səhvimiz acı ana, bacı, övlad fəryadı ilə sonlana bilər. Bu fəryad isə bir ömür boyu yaxamızdan asılan vicdan məhkəməsi olar. Bizim səhv etməyə haqqımız yoxdur!"

Belə şəxsiyyətləri yaxından tanıdıqca bir daha əmin oluruq ki, hər kəsin ədaləti, həqiqəti görə bildiyi qədərdir. Biz də " InfoPlyus.Tv" saytı olaraq haqlarında bəhs etdiyimiz dəyərli insanlara həqiqəti görən və duyan gözlərinə, könüllərinə İlahi nurun daima yanar olmasını diləyirik.


Celal Ələddin oğlu " InfoPlyus.Tv"

2748 dəfə oxunub.
<>
Ömərov Toğrul İsgəndər oğlu. Uşaq Cərrahı PhD. Qəbula yazılmaq +994506729224. Usaqcerrahi.az
Əlaqə üçün: (WhatsApp) +994506729224 (İnstagram.com)⬇ ➡@rtogrulomarov_ushaq_cerrahi

Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}
bütün xəbərlər
____ Instagram ___