Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Zaqatalada çoban dərəyə yıxılaraq ölüb - VİDEO
Tarix: 25-09-2018 | Saat: 21:20
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər

Hadisə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin rayon ərazisindən keçən hissəsində, "Maqatur Quzey" adlanan dağlıq yaylaq ərazisində baş verib.
Belə ki, rayonun Dağlı kənd sakini, 1985-ci il təvəllüdlü Azər Səfər oğlu Orucov dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan A.Orucov hadisə yerində ölüb. Onun meyitini dərədən çıxarmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə əraziyə bələd olan kənd sakinləri də cəlb edilib.
Qeyd edək ki, A.Orucov orta məktəbi bitirdikdən sonra çobanlıqla məşğul olub. O, son bir neçə il idi ki, rayonun Yuxarı Tala kənd sakini, sahibkar Davud Şabanovun sürüsündə çobanlıq edirmiş.Hadisə Böyük Qafqaz sıra dağlarının cənub ətəyinin rayon ərazisindən keçən hissəsində, "Maqatur Quzey" adlanan dağlıq yaylaq ərazisində baş verib.

Belə ki, rayonun Dağlı kənd sakini, 1985-ci il təvəllüdlü Azər Səfər oğlu Orucov dərəyə yıxılıb. Ağır bədən xəsarətləri alan A.Orucov hadisə yerində ölüb. Onun meyitini dərədən çıxarmaq üçün hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə əraziyə bələd olan kənd sakinləri də cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Xatırladaq ki, bu hadisə son iki ayda Zaqatala rayonu ərazisində ikinci, ümumilikdə, bölgədə üçüncü dəfə baş verən analoji hadisədir.

Belə ki, iyul ayının 21-i Böyük Qafqaz sıra dağlarının Zaqatala rayonu ərazisindən keçən hissəsində çobanlıq edən, rayonun Muxax kənd sakini, 1982-ci il təvəllüdlü Qurban İbrahim oğlu İbrahimov qayadan dərəyə yıxılaraq aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sentyabrın 14-ü isə Böyük Qafqaz sıra dağlarının Qax rayonunun İlusu kəndi yaxınlığından keçən hissəsində mürrəkkəb relyefli yüksək dağ massivində, yaylaq ərazidə çobanlıqla məşğul olan Qax şəhər sakini, Radiq Eldar oğlu Əsgərov dərəyə yıxılaraq aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.


Zaqatalada çoban dərəyə yıxılaraq ölüb





Xəbəri paylaş

5098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___