Tanınmış xanımlar ictimai nəzarətə başladılar
Tarix: 24-09-2018 | Saat: 18:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
7068 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-09-2018 | Saat: 18:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Bu gün İNK Qərəgahında keçirilən növbəti geniş toplantısında İctimai Nəzarət Koalisiyasının təsisçi qurumlarından Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi ilə Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliklərində növbəti ciddi təşkilati-struktur dəyişikliklərə baxılaraq ciddi qərarlar qəbul edilib.
Toplantıda İNK, DAMMİB və SİMİB-nin Qadınlar Şuraları yenidən formalaşdırılıb, eyni zamanda onların rəhbər vəzifələrinə tanınmış ictimai-mədəni xadimlər, şəhid anaları seçiliblər.
Qərara görə, xalq artisti Flora Kərimova DAMMİB-nin Qadınlar Şurasının sədri vəzifəsinə seçilib, şəhid anası Gözəl Xasıyeva İNK Qadınlar Şurasının sədri vəzifəsinə yenidən təsdiqləndi, şəhid anası Ceyran Həsənova SİMİB Qadınlar Şurasının sədri təyin olunub.
Eyni zamanda yazıçı-araşdırmaçı İradə Məlikova və tanınmış şairə-publisit Zərəngiz Qayalı İNK QŞ sədrinin müavinləri, istedadlı publisist-ictimai fəal Sima Babayeva, həmçinin psixoloq Sevinc Baxışova SİMİB QŞ-nın sədrinin müavinləri təyin olunublar.
Yeri gəlmişkən, İNK-nın yaranmasının 3 illiyi ilə bağlı yubiley tədbirlərinə start verilib.
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin ictimai nəzarətin vacibliyini irəli sürəndən sonra 1 oktyabr 2015-ci ildə təsis edilmiş İctimai Nəzarət Koalisiyası cəmiyyətdə müsbət meyillərin inkişafında, vətəndaş maraqlarının təmin edilməsində önəmli rol oynamağa çalışır. Nəzərinizə catdırmaq istəyirik ki, İctimai Nəzarət Koalisiyası respublikada fəaliyyət göstərən 90-dən çox QHT, ictimai birlikləri, saytı özündə birləşdirərək cəmiyyətin sivil quruculuq prosesində ictimaiyyətin bütün təbəqələrinin iştirakına yardımçı olmaqla, ölkə daxilində və beynəlxalq aləmdə Azərbaycanın demokratik dəyərlərini təbliğ edir.
Yaranmasının 3 illiyi münasibətilə İNK-nın rəhbərliyi, çoxsaylı üzvləri, 30 sentyabr 2018-ci il saat 11:00-də Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanınəı ziyarət edəcək. Eyni zamanda, 1 oktyabr 2018-ci il saat 12:00-da İNK-nın Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, 8-ci mərtəbədə yerləşən Konfrans zalında növbəti konfransı baş tutacaq.
Xahiş edirik hər iki tədbirin işıqlandırılması üçün əlinizdən gələn köməyi əsirgəməyəsiniz.
90-dən çox QHT, KİV, İnternet portal, telekanal və saytı birləşdirən Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi İctimai Birliyinin həmtəsisçisi olduğu, İctimai Nəzarət Koalisiyası, “Sabitlik və İnkişaf Mərkəzi” İB adından Sizə xüsusi minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə hər zaman cənab Prezident İlham Əliyevin rəhbərliyi altında işləməyə hazır olduğumuzu bildiririk.
Qoşma: Buklet.
İctimai Nəzarət Koalisiyası İH-nin sədri,
“Sabitlik və İnkişaf” Mərkəzi İB-nin sədri,
Dünya Azərbaycanlıları Mədəniyyət
Mərkəzinin I vitse-prezidenti: Rasim Məmmədov
Xəbəri paylaş
Digər xəbərlər
26-07-2017, 12:33
Gündən-günə arıqlayan Aygün Kazımova SON HALI ilə TƏƏCCÜBLƏNDİRDİ - FOTO
24-11-2016, 17:39
Putin: “Rusiyanın sərhədi heç harada bitmir”
11-05-2023, 11:39
Yol qırağında yaşayanlarda bu XƏSTƏLİYİN RİSKİ daha çoxdur
21-06-2015, 13:31
Batut gimnastikası: Rusiya 2 qızıl, Azərbaycan bürünc
25-09-2015, 13:17
Futbolçularımız qələbə qazandı (VİDEO)
21-10-2016, 18:33
"07" əvvəl beton səkiyə, daha sonra işıqfora çırpıldı: 2 yaralı - YENİLƏNİB - VİDEO
20-07-2021, 12:48
"Küçədə namusunuzu əriniz, sevgiliniz çəksin, amma efirdə ədəbli geyinin" - Tanınmış aparıcıdan SƏRT İSMARIŞ
24-06-2015, 15:15
“Sony” və “Panasonic” televizor istehsalını davam etdirəcək
18-11-2015, 17:42
Azərbaycanlı rəssam rusiyalı diceyə “ərə” getdi – VİDEO