Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İllərdir həyat yoldaşıma dözdüm" - Brilliant Dadaşova
Tarix: 22-09-2018 | Saat: 11:08
Bölmə:Karusel / Şou-Biznes / Məşhurların Taleyi | çapa göndər



Xalq artisti Brilliant Dadaşova "5/5” verilişinin qonağı olub.

Xeberaz.az xəbər verir ki, müğənni uşaqlığı ilə bağlı etiraf edib. O bildirib ki, atası onun adını Xoşqədəm qoymaq istəyib:


"Atam ən sevdiyi adları o biri bacılarıma qoyub. Mən doğulanda deyiblər, adını Xoşqədəm qoyaq. Sonra pianoda köhnə "Brilliant” mahnısını ifa edib. Ondan sonra deyib, bu qızın adı Brilliantdır”.

Daha sonra bacısı Lalə Dadaşova onunla bağlı sualları cavablandırıb. O bildirib ki, bacısı ən çox brilyant hədiyyə almağı sevir. 

Onun sözlərinə isə B.Dadaşova "O qədər brilyant hədiyə almışam ki... Hansı qadın qızılı sevməz" cavabını verib.
 
Dadaşova ilk dəfə qardaşından danışıb. O deyib ki, qardaşı şou-biznesdən uzaq bir sahədə çalışır. 

Dadaşova aparıcı Zaur Kamalın "Müğənnilər arasında sənət, ailə çətindir. Neçə ildir sizdə problem olmayıb. Ədalət müəllimlə bir yerdəsiniz. O, yoxsa siz dözdünüz" sualına belə cavab verib: 

"İllərdir mən ona dözdüm. Onun hər şeyi tullamağına... Evdə nədənsə xoşu gəlmirsə, tozludursa, pəncərədən atır. Atama bənzəyən oğlan seçmişəm. Atam da spirtli içki içməz, siqaret çəkməzdi. Bu da belədir. Atam stolda çirkli qab görəndə zibilliyə atır. O da eynidir. Bizim təmizlik problemimiz var".

"Həyat yoldaşınız xəstələnib, təzyiqi qalxıb. Ayağını yuyarsınız? Belinə soyuq dəyib, nəsə edərsiniz" sözlərinə verdiyi cavabla diqqət çəkib:

"Evdə qızlar var. Etmərəm. Ehtiyac yoxdur. Studiyaya getməliyəm, verilişlərə getməliyəm, hələ ləyənlə su gətirim? İradə bacım ərinə yumurtanı da soyub verirdi. Xoşum gəlmir, belə olmaz. Qadın həyat yoldaşının anası deyil. Mən ancaq oğlumun ayağına su gətirərəm, suyunu da içərəm. Həyatda yalnız bir kişiyə qulluq etmişəm, o da oğlum. Ondan başqasına etmərəm. Ona çay da süzərəm, qəhvə də dəmləyərəm. Ancaq ona edərəm. Onun anasıyam. Kişilər, həyat yoldaşı ancaq naz edə bilər, siz ona qulluq edin".


Xəbəri paylaş

1 0418 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___