Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Böyük summativ qiymətləndirmələr yalnız bu siniflərdə keçiriləcək - RƏSMİ
Tarix: 21-09-2018 | Saat: 19:23
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər


"I sinifdə böyük summativ qiymətləndirmə ləğv olunub”

Xeberaz.az xəbər verir ki, bunu Təhsil Tv-də yayımlanan "Həftənin sualı" verilişində Təhsil nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib. Onun sözlərinə görə, yeni qaydalara əsasən ümumi təhsil pilləsində hər səviyyənin sonunda böyük summativ qiymətləndirmə keçiriləcək:

"I sinifdə böyük summativ qiymətləndirmə ümumiyyətlə ləğv olunub. IV, IX, XI siniflərdə isə bütün fənlərdən BSQ-lər keçiriləcək. II və III siniflərdə BSQ-lər ləğv olunaraq, yalnız kiçik summativ qiymətləndirilmələr tətbiq ediləcək. Kiçik summativ qiymətləndirmələr yarımildə 3 dənədən az olmayacaq. V, VI, VII, VIII və X siniflərdə buraxılış imtahanında hansı fənlər nəzərdə tutulubsa, yalnız o fənlərdən böyük summativ qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub. Kiçik summativ qiymətləndirmələrin sayı tədris ilinin əvvəlində şagirdlərə elan olunacaq".



Xəbəri paylaş

1 0548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___