Direktorun əxlaqsız təklif etdiyini iddia edən valideynlə bağlı araşdırmalara başladı
Tarix: 19-09-2018 | Saat: 18:26
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Hüquq-mühafizə orqanları sosial şəbəkələrdə yayılan video görüntülərdə Bakının 22 nömrəli tam orta məktəbinin direktoru tərəfindən ona əxlaqsız təklifin edilməsi iddiası ilə çıxış edən Tünzalə Əhmədovanın məktəbə ziyan vurması ilə bağlı müvafiq araşdırmaya başlayıb.
"Xəbəraz.az "bildirir ki, bu barədə Trend-ə 22 nömrəli tam orta məktəbdən bildirilib.
Məktəbdən qeyd dilib ki, videogörüntüdə 1-ci növbənin bitməsini gözləyən və öz övladlarını qarşılayan valideynlər əks olunub. Bu zaman aparılan videoçəkilişdə məktəb direktoru tərəfindən valideynə etikadan kənar təklif edilməsi iddiası həqiqəti əks etdirmir:
"Bu, növbəti dəfə məktəbə qarşı qərəzli, şou-xarakterli münasibətin nümunəsidir. Bəzi yanlış məlumatlarda qeyd olunduğunun əksinə məktəbdə hər hansı kütləvi etiraz halı baş verməyib. Həmin gün 1-ci növbəni yola salıb və 2-ci növbəni qəbul edən məktəb direktoru müraciət edən bütün valideynləri dinləyib. Heç bir narazılıq və hər hansı bir insident olmayıb. Sadəcə sonradan məktəbin valideyni, müntəzəm olaraq öz qalmaqalları, münaqişələri və əsassız iddiaları ilə, qeyri-etik, qeyri-mədəni və hətta tərbiyə normalarına sığmayan davranışları ilə tanınan Əhmədova Tünzalə Kamandar qızı xuliqanlıq hərəkətləri edərək məktəbin giriş şüşəsini sındırıb".
Məktəbdən əlavə edilib ki, bu səbəbdən məktəb direktoru onu öz otağına dəvət edib və etirazının səbəbini soruşub. Valideyn direktordan II növbənin ləğvini tələb edib. Lakin məktəb rəhbəri mövcud olan sıxlıq səbəbindən II növbənin ləğvinin mümkünsüzlüyünü bildirəndə, həmin valideyn açıq hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək direktoru dəfələrlə təhqir edib, məktəb avadanlıqlarına ziyan vuraraq özünün xəstə olmasını əsas gətirib:
"Məktəb rəhbərliyi tərəfindən hüquq-mühafizə orqanlarına xəbər verilib. Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır. Məktəbdə tədris prosesi normal şəkildə davam edir".
Xəbəri paylaş
7058 dəfə oxunub.
Digər xəbərlər

25-07-2020, 15:29
Kiyevdə ermənilər 4 azərbaycanlı tələbəni güllələdi - VİDEO
31-10-2016, 20:55
İlham Əliyevdən 7 milyonluq - Sərəncam
30-03-2017, 13:28
"Qızımın küçədə öpüşdüyünü görsəm..." - Şou əhlinin reaksiyası
2-12-2016, 14:59
Türkiyədə bomba həyəcanı - 20 bina boşaldıldı
25-11-2016, 16:37
Azərbaycanlı məmur oğlu oliqarx qızı ilə göldə boğuldu-FOTOLAR
21-12-2017, 13:00
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
15-09-2023, 11:20
Yaxın gələcəyiniz çox təhlükəli olacaq – Bu bürclərə XƏBƏRDARLIQ
18-05-2019, 19:00
Koçaryan azadlığa buraxıldı
31-12-2021, 15:06
Yeni il salatları neçə saat saxlanıla bilər?
30-06-2015, 12:58
Bütün dünya bu görüntüdən danışır (FOTO, VİDEO)