"Mədəm yoxdur, hər gün arıqlayıram, xəstəlik artır" -Tünzalə ağladı
Tarix: 18-09-2018 | Saat: 12:11
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər
Xərçəngdən əziyyət çəkən əməkdar artist Tünzalə Əliyeva “Bizimləsən” verilişinin qonağı olub.
Xeberaz.az-ın məlumatına görə, aktrisa yaşadıqlarından bəhs edib. “Toppuş bacı” ləqəbi ilə tanınan Tünzalə hər şeyin səbəbinin arıqlamaq üçün etdirdiyi əməliyyatlar olduğunu deyib:
“Bu xəstəlik 5-6 ildir var imiş. Amma son günlər yemədiyim üçün, imunitetim düşdü və xəstəlik irəlilədi. Hər gün yeməliyəm ki, kökəlim. Amma hər gün arıqlayıram. İndi 80 kiloqram olmuşam. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram. Məsələn, bu gün mən bir konfet yemişəm. İmunitetim yoxdur, qanım aşağıdır. Kimyaterapiya da qəbul edə bilmirəm. Hətta həyat yoldaşım deyir ki, gedib süni mədə qoyduraq, arıqlama. Mən hər zaman deyirdim görəsən, nə vaxt çəkim ikirəqəmliyə düşəcək. Düşdü, amma bu cür. Arıqlamaq üçün etdirdiyim əməliyyatlara görə çox peşmanam”.
Tünzalə bildirib ki, valideynləri onun xəstəliyindən xəbərsizdilər:
“Bilmələrini istəmirəm. Sağalmaq istəyirəm, qızım Zəhra balacadır. Onu məktəbə yola salmağı arzulayıram. Amma ömrüm buna yetəcəkmi... Qayınanam mənə çox dəstək olur. Hər dəfə xəstəxanaya gedəndə, qızımı qayınanama tapşırıram”.
Göz yaşlarını saxlaya bilməyən T.Əliyeva müayinə üçün xaricə getməyə hazırlaşdığını söyləyib.
Xəbəri paylaş
2 0348 dəfə oxunub.
Digər xəbərlər

25-12-2020, 14:17
Ağdərədə qarın hündürlüyü 37 sm olub - FAKTİKİ HAVA
18-02-2020, 12:17
Tərtər sakinlərinin evlərindən silah götürüldü
3-02-2016, 15:08
Röya: "Qadının arxasında durmayan kişini sevə bilmirəm"
14-02-2017, 15:06
Azərbaycanda görünməmiş toy- 10 gündür davam edir (FOTOLAR)
28-01-2017, 12:51
Yenə qar yağacaq, şaxta olacaq - Sabahın havası
24-07-2015, 17:39
Ərdoğan: İlk addım atıldı
28-09-2015, 00:27
Putin Suriyadakı rus qoşunları haqda
17-05-2018, 15:33
Penitensiar Xidmətə yeni rəis müavini təyin edilib
29-10-2019, 13:11
Fədayə Laçından "Qoca"yla bağlı suala REAKSİYA
8-08-2018, 12:50
Bakı Şəhər İcra Hakimiyyətindən fəvvarələrlə bağlı AÇIQLAMA