QMİ rəsmisi: "Ərəfatda baş verən qasırğada azərbaycanlı zəvvarlar xəsarət almayıb"
Tarix: 20-08-2018 | Saat: 16:10
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər
"Dünən axşam saatlarında Ərəfatda qısa müddətli qasırğa olub. Eyni zamanda güclü yağış yağıb və külək əsib. Təbiət hadisəsi nəticəsində azərbaycanlı zəvvarlardan xəsarət alan və zərərçəkən olmayıb".
Xeberaz.Az bildirir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məsul nümayəndəsi, hazırda Səudiyyə Ərəbistanında olan Azərbaycanın Həcc missiyasının üzvü Həmdulla Babayev deyib.
Onun sözlərinə görə, həmin vaxt azərbaycanlı hacı namizədlərinin bəziləri Minada, digərləri isə hoteldə olublar: "Kimsə sosial şəbəkədə hansısa şəkli yayaraq zəvvar yaxınlarını təşvişə salıb. Onların ailələrinə bildirmək istəyirəm ki, narahatlığa heç bir əsas yoxdur və hər şey qaydasındadır. Hər kəs sağ-salamatdır. Kimsənin səhhətində hansısa problem yoxdur".
H.Babayev bildirib ki, azərbaycanlı zəvvarların hamısı hazırda Ərəfatda ibadətlə məşğuldur: "Zəvvarlar zöhr azanından şam namazına kimi Ərəfat çölündə vüqüf edəcək (dayanmaq), namaz qılacaq, dualar edəcəklər. Onlar şam azanından sonra Ərəfatdan çıxıb Müzdəlifəyə gedəcəklər. Hacı namizədləri Müzdəlifədə gün çıxanadək vüquf edəcək, ibadətlə məşğul olacaqlar. Avqustun 21-də isə zəvvarlar Minaya yollanacaq, əşyalarını qoyub, böyük şeytana daş atmağa gedəcəklər. Şeytan daşlandıqdan sonra geri qayıdıb, qurban kəsəcəklər".
Xatırladaq ki, azərbaycanlı zəvvarlar avqustun 23-də Məkkəyə qayıdıb Həccin sonuncu əməllərini yerinə yetirəcəklər. Bununla da müqəddəs Həcc ziyarətinin bütün əməlləri tamamilə bitmiş hesab olunacaq. Həcc əməlləri bitdikdən sonra Məkkədə üç gün qalan hacılar Mədinə şəhərinə gedəcəklər. Orada da üç gün qaldıqdan sonra sentyabrın 1-dən geri qayıdacaqlar. Azərbaycana geri dönüş sentyabrın 1-dən günün ikinci yarısından sonra gündə iki reys olmaqla sentyabrın 5-nə qədər baş tutacaq.
Qeyd edək ki, bu il Həcc ziyarəti üçün Azərbaycana 1440 kvota ayrılıb. Bu il Həcc ziyarəti üçün qiymət 4150 dollar müəyyən edilib. Ötən il olduğu kimi, Azərbaycandan təkrar Həcc ziyarətinə gedəcək zəvvarlar əlavə 535 dollar ödəyiblər.
Xəbəri paylaş
6188 dəfə oxunub.
Digər xəbərlər

10-01-2018, 11:07
Mikayıl Cabbarov generalların qohumlarını işdən çıxardı – SİYAHI
15-07-2017, 11:51
Tarif Şurasından dərmanlarla bağlı YENİ QƏRAR
28-01-2019, 14:09
"Acuna hələ də heyranam" -Şeyma
29-11-2020, 15:26
“Çıxılmaz vəziyyətə düşdük, mən nə edə bilərdim?” - Paşinyan
24-10-2015, 12:39
İlahiyyatçı: “Sinə vurmaq olar, bir şərtlə ki...”
25-03-2016, 11:41
Dolların bu günə olan məzənnəsi
10-07-2022, 11:53
Nazilə Səfərli həbs olunub? - DİN-dən açıqlama
13-04-2018, 11:28
Bakıda avtomobillərin parklanması tam avtomatlaşdırılacaq
29-06-2015, 16:30
Aeroportu bəyənmədi, memarı öldürdü (FOTO)