Son 6 ayda babasını və əmilərini itirən tələbə dənizdə boğuldu
Tarix: 19-08-2018 | Saat: 12:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakı şəhərində dənizdə 19 yaşlı gənc boğulub.
Xeberaz.Az virtualaz.org-a istinadən bildirir ki, 1999-cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitunun 3-cü kurs tələbəsi olan Kənan Zahid oğlu Orucov Novxanı çimərliyində boğulub.
Qeyd edək ki, bu hadisə son 6 ayın içərisində Orucovlar ailəsində 4-cü faciədir. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atası Ağagül Orucova aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.
Ağagül Orucov dənizdə boğulmuş gəncin əmisi, Tarıqulu Orucov isə babası idi.
Aildə daha bir faciə isə bu ilin may ayının 15-də baş verib. Həmin gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmadan dünyasını dəyişmişdi.
İşdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib.
Mərhum Əşrəf Orucov da dənizdə boğulmuş gəncin əmisi idi...
Xəbəri paylaş
5478 dəfə oxunub.
Digər xəbərlər

25-11-2017, 11:19
Bakı Nəqliyyat Agentliyindən XƏBƏRDARLIQ
15-11-2018, 10:56
Pərdə və jalüzlə avtomobil sürməyin SON GÜNÜ
5-12-2017, 13:34
Ayın sonunda əfvin olacağını gözləyirik-Çingiz Qənizadə
20-06-2022, 10:30
Gəncədə qətl: "Dedi, mənə İmam Hüseyn icazə verib ki..." - Şok təfərrüat
18-11-2022, 12:53
Təbrizdə hökumət qüvvələri azərbaycanlı tələbəni öldürdü
1-05-2021, 15:36
Koronavirus xəstəsi bazarda satıcılıq edərkən saxlanıldı
3-05-2023, 09:26
Bu kişilərin oğlu olmur – ƏGƏR CİNSİ İSTƏK...
13-08-2016, 10:33
Baş həkimə zamin duran tibb bacısı özünü işə saldı - Video
8-05-2016, 11:16
Türk xüsusi təyinatlıları Suriyaya girdi
28-05-2017, 12:28
Mehriban Əliyeva qızları ilə bayram tədbirində - FOTOLAR