Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manatın taleyi ilə bağlı ekspertdən PROQNOZ – “İlin sonuna kimi…”
Tarix: 14-08-2018 | Saat: 18:06
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Image result for natiq cÉfÉrli
Son zamanlar türk lirəsinin dollara qarşı kəskin ucuzlaşması sanki, regionda yoluxucu xəstəlik tək yayıldı. Bu estafetə rus rublu və gürcü larisi də qoşuldu. İrana isə tətbiq olunan saknsiyalardan hər kəs xəbərdardır. Ölkə neft və öz daxili sənayəsi hesabına ayaqda durmağa çalışır. Ermənistanın isə günü-gündən dəyər itirən dramından isə danışmağa dəyməz. Sözün hər iki mənasında bu bir “dram”dır.
Regionda baş verən bu iqtisadi proseslər milli valyutamıza  təsir göstərəcəkmi? Devalvasiya gözlənilirmi? Manat bütün bu proseslərə nə qədər davam gətirə biləcək?
Minval.info olaraq bütün bu suallara aydınlıq gətirmək üçün iqtisadçı-ekspert Natiq Cəfərliyəünvanladıq.
Mütəxəssis Minval.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan manatına təsir edən ən böyük amil neftin qiymətləridir:
“Təbii ki, qonşu dövlətlərdə baş verən proseslər, valyutalarının ucuzlaşması bizim milli valyutamıza ciddi psixoloji təsir göstərir. Qonşu dövlətlərdə valyutanın ucuzlaşması ticarət balansına da ciddi təsir göstərəcək. Belə ki, valyutası ucuzlaşmış dövlətdən ölkəmizə daxil olacaq məhsulların sayı artacaq. Bu da ölkədən valyutanın çıxmasına səbəb olacaq. Ölkədən valyutanın çox çıxması manata müəyyən qədər təsir göstərə bilər. Ancaq qeyd etdiyim kimi manatın əsas dəyəri neftin qiyməti ilə bağlıdır. Nəzərə alaq ki, ölkəmizdə birja yoxdur, məzənnəni müəyyən edəcək iqtisadi institutlar yoxdu. Bu proseslərin hamısı inzibati qaydada tənzimlənir. Qonşu dövlətlərdə baş verən hadisələr ola bilsin ki, bir müddət sonra ölkəmizdə də öz təsirini göstərə bilər. Kəskin devalvasiya olacağını düşünmürəm. Lakin ilin sonuna kimi manatın 10-15% dəyər itirməsi mümkündür. Manatın bundan artıq ucuzlaşmasına iqtisadi parametrlər imkan verməyəcək.”
Qeyd edək ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti bu gün 0,33 dollar ucuzlaşaraq 73,75 dollar təşkil edib.


Xəbəri paylaş

1 0248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___