Qarpızın baha olması ilə bağlı nazirlikdən – Şərh
Tarix: 19-07-2018 | Saat: 17:24
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
“Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha və ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur - daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Quraqlıq, məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub. Bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur”.
A.Hüseynov onu da qeyd edib ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir:
“Bazarda qarpızın qiymətinin bahalaşması ilə bağlı nazirliyə olan müraciətlərə, bizə ünvanlanan suallara cavab olaraq bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir”.
Xəbəri paylaş
5858 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-07-2018 | Saat: 17:24
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Kənd təsərrüfatı mütəxəssislərinin fikrincə, bazarda qarpızın qiymətinin bahalaşması ənənəvi problemlə bağlıdır - fermerlərimiz hələ də tələb-təklif qanunlarına uyğunlaşa bilmirlər.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov qarpızın qiymətinin baha olması haqqında ünvanlanan şikayətlərə cavab olaraq qeyd edib. O bildirib ki, bu prosesdən ən çox əziyyət çəkən fermerlərin özləridir:“Hamımız bilirik ki, hər il hansısa məhsulun qiyməti əvvəlki illə müqayisədə baha və ya ucuz olur. Bu il bazarda hansı məhsul baha olubsa, əksər fermerlər sanki sözləşmiş kimi gələn il həmin məhsuldan əkirlər, nəticədə bazarda məhsul bollaşır və qiymətlər aşağı düşür. Yaxud, bu il ucuz olan məhsulu gələn il əkmirlər, nəticədə bazarda həmin məhsul bahalaşır. Qarpızın bu il bahalaşmasının səbəblərindən biri budur. Səbəblər əslində çoxdur - daha çox gəlir gətirən texniki bitkilərin becərilməsinə marağın artması, yayın quraq keçməsi və s. Quraqlıq, məsələn, Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir və İmişlidə qarpızın gec yetişməsinə səbəb olub. Bazarda qıtlığın yaranmasının, qiymətlərin bahalaşmasının səbəblərindən biri də budur”.
A.Hüseynov onu da qeyd edib ki, qarpızın və digər kənd təsərrüfatı məhsullarının qiymətinin formalaşmasında Kənd Təsərrüfatı Nazirliyi heç bir formada iştirak etmir:
“Bazarda qarpızın qiymətinin bahalaşması ilə bağlı nazirliyə olan müraciətlərə, bizə ünvanlanan suallara cavab olaraq bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi nəinki qarpızın, ümumiyyətlə, heç bir məhsulun qiymətinin müəyyən olunmasında iştirak etmir. Liberal iqtisadiyyatlarda bazarda qiymətlər tələb-təklif əsasında formalaşır. Nazirlik olaraq bizim missiyamız fermerləri hansı məhsulun əkilib-becərilməsi ilə bağlı məlumatlandırmaq, tövsiyə vermək, aqrotexniki qulluq qaydaları ilə bağlı maarifləndirmək, fitosanitar xidmət göstərməkdir”.
Xəbəri paylaş
Digər xəbərlər
5-03-2016, 17:20
Ramil Usubovdan yeni - TƏYİNAT
11-12-2019, 01:30
Türkiyədə zəlzələ baş verib
28-10-2021, 11:16
Əhaliyə üçüncü doza ilə bağlı VACİB AÇIQLAMA
5-10-2015, 23:32
Məşhur teleaparıcı Emin Musəviyə yeni vəzifə verilib
16-12-2015, 21:19
Təhsil nazirindən imtahanlarla bağlı əmr
11-05-2018, 12:20
"Deyirlər, arsızdır, özümə qəsd etməliydim..." - Afaq Gəncəli
17-02-2020, 11:18
Bakıda həkim qadının doğuş anını çəkib paylaşdı (18+VİDEO)
12-12-2022, 13:02
Bakı-Sumqayıt qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Gələn ildən...
13-09-2015, 15:48
İstanbul su altında qaldı - Foto
28-12-2016, 18:38
Polis bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək