Sabiq MTN polkovnikinin işi prokurorluğa qaytarıldı
Tarix: 19-07-2018 | Saat: 15:59
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Dələduzluqda təqsirləndirilən Tofiq Rəcəbovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
"Xəbəraz.az "-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edərək ibtidai istintaq dövründə müdafiə etdiyi müvəkkilinə qarşı kobud qanun pozuntular olduğunu deyib: “Bu səbəbdən işin ibtidai istintaqa qaytarılmasını tələb edirik.
Məhkəmə vəsatəti təmin edib və cinayət işi prokurorluğa qaytarılıb.
İttiham aktına əsasən, T.Rəcəbov Bakı şəhər sakini Taleh Həsənovun 124 min manat pulunu ələ keçirməkdə ittiham olunur. O, həmin pul qarşılığında T.Həsənovun torpaq sahəsini sənədləşdirmə vədini verib. Lakin sonradan vədinə əməl etməyib.
T.Rəcəbov qızıl biznesi ilə məşğul olub.
Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
İş adamı T.Rəcəbov daha əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb və hədə-qorxu və təzyiqlərə məruz qalıb.
T.Rəcəbov MTN Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun cinayət işində zərərçəkmiş şəxs qismində tanınıb.
Xatırladaq ki, T.Rəcəbov xüsusi xidmət orqanının ehtiyatda olan polkovnikidir. T.Rəcəbov ali təhsillidir, 1998-ci ildən 2002-ci ilə qədər ləğv edilmiş Milli Təhlükəsizlil Nazirliyinin əməkdaşı olub.
Xəbəri paylaş
6568 dəfə oxunub.
Digər xəbərlər

16-12-2017, 11:23
Nüşabə Ələsgərli erməni fanatından danışdı: Onunla qucaqlaşdım..."
27-01-2019, 00:20
Günün qoroskopu: Xoş sürprizlər istisna deyil
14-02-2018, 13:20
“Yuventus” üstünlüyünü qoruya bilmədi, “Mançester Siti”dən darmadağın
17-09-2015, 14:53
Manatın bu günə olan rəsmi məzənnəsi – CƏDVƏL
3-10-2015, 21:13
Aygündən iddialara cavab: "Natavan bunu ancaq yuxusunda görər"
6-09-2021, 11:43
Flora Kərimova Prezident təqaüdünün ilk ayını qazilərə verdi
22-02-2017, 16:43
Şam qozasının bilinməyən FAYDALARI
21-10-2022, 09:51
Mincivan qəsəbəsinin işğaldan azad olunmasından 2 il ötür
19-01-2023, 11:23
Bakıda hava yenidən kəskin soyuyur - XƏBƏRDARLIQ
16-01-2018, 10:01
Cəbhədən XƏBƏR VAR